Page 73 - Yuri Trifonov
P. 73
Qoca

boserdovun sifәtinә tuşlayıb: “Vermәsә, bax, bunu görәr!” –
deyir. Müәllim nә bu yumruğu görür, nә dә Orlikin dediklәrini
eşidir.

“Vәtәndaşlar, mәn xәbәrdarlıq etmәyә gәlmişәm... Gәrәk
kazakları az tanıyasan ki, onları daim basqı altında saxlamağın
mümkünlüyünü ehtimal edә bilәsәn: әvvәlcә heç kimin bura
dәvәt etmәdiyi, hardan tökülüb gәldiyi mәlum olmayan hәrbi
dәstәnin xeyrinә zәngin evlәrdәn tәzminat yığılması... Sonra ta-
xılın, yemin müsadirәsi...”

“Burada tәzminatla mәşğul olan hәrbi dәstә anarxistlәrinmiş –
deyir Şura. – Sovet hakimiyyәtinin buna heç bir aidiyyәti yoxdu”.

“Siz bunun nazıyla oynayırsız?! – deyә Bıçinin İnqilab
Komitәsi üzrә müavini, kalmıklara bәnzәyәn qaraşın vә yastısifәtli
Usmar qışqırır, – Ortalığa çıxmağına bax әclafın! Mәhv etmәk
lazımdı getsin!”

Amma Şura: “Yox, qoy söylәsin”, – deyir. Müәllim bildirir:
“Әgәr, doğrudan da, belә bir әmr varsa vә onu hәyata keçirmәyә
başlasalar, stanitsada qiyam olacaq. Bu, boş tәhdid deyil,
gerçәklikdir”. Slaboserdov qorxutmağa, tәhdid etmәyә gәlmәyib,
hansısa bir komitә adından deyil, öz adından gәlib; o, bütün
ömrü boyu kazakların tarixiylә bağlı materiallar toplayır, kitab
yazır, kazakları yaxşı tanıyır vә indi dә sәhv etmәdiyini cәsarәtlә
fikirlәşir. Bıçaq sümüyә dirәnib. Hadisәlәr faciәli olacaq. Xüsusilә
dә qarşılıqlı qәzәb vә intiqam hissi qızışsa – girovlar qurban
getsә... “Heç Rusiyada nә baş verdiyini başa düşürsüz? – deyә
Şura soruşur. – Ya biz dünya burjuaziyasının axırına çıxacağıq,
ya o bizim. “Faciәli hadisәlәr”, “intiqam”, “qәzәb”... siz Nuh
әyyamından qalma düşüncәylә yaşayırsız. Burada sinfi ölüm-
dirim savaşı gedir, aydındı sizә?”

“Mәn Marks nәzәriyyәsini inkar etmirәm, vәtәndaş Danilov,
onunla tanışam, hәtta müәyyәn mәnada aludә dә olmuşdum,
amma nәzәriyyә bir şeydi, praktika ayrı şey. Kәdәrli olsa da,
tәәssüf ki, intiqam hissi aranı qarışdıra bilәr...”

Qәribә haldı: mәnasız, absurd bir әdәb-әrkan vә sәrt, sarsılmaz,
cәfәng bir inadkarlıq. Dәrhal görürәm ki, vaxtına çox qalmayıb.
Heç nә anlamır. Onu da elә heç kim başa düşmür.

73
   68   69   70   71   72   73   74   75   76   77   78