Page 72 - Yuri Trifonov
P. 72
i Trifonov

elә bil ki, iclaslarda bir az iyәşirdilәr, hökmlәrinin ölçüsünü gös-
tәrmәk üçün gizli rәqabәt aparırdılar. Bıçin – inqilab komitәsinin
sәdri vә dairә tribunalının tәrkibindәdir, Şura isә tribunal sәdri
vә İnqilab Komitәsinin üzvüdür. Bıçin özünü tovuz quşu kimi
pırpızlatsa da, düşünüb dәrk edir ki, Şuranın tayı deyil: o, parti-
yada il yarımdırsa – Şura on beş ildi! Fәrqә bax! Buna görә dә o,
hay-küyçü, dalaşqandı vә istәyir ki, onu axmaqcasına basqı
altında saxlasın, hәr şeyi öz bildiyi kimi etmәyә mәcbur etsin,
amma qәfil beyni ayazıyanda, sayğılı, hәtta yaltaqcasına da yana-
şırdı. İndi isә, nәdәnsә ehtiramla dedi: “Aleksandr Pimenoviç,
necә bilirsәn, vәtәndaşı qәbul edib dinlәyәkmi? Yoxsa sabah gәl-
sin? Bu, Slaboserdovdu ey, müәllim, ataman Tvoroqovun qızının
әri. Oğlanları ziyankar ünsürlәr kimi tutulub, girovluqdadılar”.

“Danışın, – deyә Şura, müәllimә müraciәt edir, – amma qısa.
Vaxtımız çox azdı.”

Bıçin barmağını silkәlәyib hәdәlәyir: “Oğlanların barәdә
xahiş-zad etmә! Söhbәt bitib”.

Slaboserdov guya özünü sakit aparırdı, – әlindә tutduğu
köhnә şlyapasını әzişdirәn barmaqları isә ixtiyarsız әsirdi, –
kazaklar haqda, onların tarixindәn, mәnşәyindәn, dәbindәn, adәt-
әnәnәsindәn uzun bir cәfәngiyyat danışmağa başlamışdı... Şura
müәllimә diqqәtlә baxırdı, Bıçinin sifәti allanıb-pörtmüşdü, elә
düşünürdü ki, onu dolayırlar. Birdәn kükrәyir: “Sәn özündәn nә
uydurursan?” Naum Orlik dә әlavә edir: tarix haqda mühazirә
dinlәmәyә vaxt yoxdu. Başqa vaxt, asudәlikdә, dünya inqilabı
qәlәbә çalandan sonra qulaq asarıq bunlara. Slaboserdov isә bir-
dәn qәti şәkildә: “Amma, vәtәndaşlar, siz tarixi bir mәsәlәni hәll
edirsiz. Tarixi xatırlamaq günah deyil”.

“Nәyә işarә edirsiz?” – deyә Şura qaşqabaqlı soruşur.
“Ona işarә edirәm ki, stanitsada camaat bir-birinә dәyib.
Atların yüyәn-yәhәrinin, qoşqu lәvazimatlarının müsadirә
olunmasına әmr verilib, kazakların var-dövlәti, sәrvәti sayılan
bu şeylәrsiz onların hәyatlarını tәsәvvür etmәk mümkün deyil.
Heç bilirsiz bu nә demәkdi? Kazak sizә arvadını verәr, yәhәr-
yüyәni vermәz.” – “İnqilab nә tәlәb etsә, hamısını verәcәk” –
deyir Orlik. Bıçin dә batmanlıq daşa oxşayan yumruğunu Sla-

72
   67   68   69   70   71   72   73   74   75   76   77