Page 69 - Yuri Trifonov
P. 69
Qoca

Törәdilәn axmaqlıqları xatırlamaq gülüncdür: şalvarların
qırağına qaytan tikmәk qadağan edilir, kazak adlanmaq olmaz,
hәtta “stanitsa” sözü lәğv olunur, “nahiyә” demәk lazımdı. Guya
mәsәlә şalvarın qaytanlı olub-olmamasında vә sözlәrin dәyişdi-
rilmәsindәydi! Xalqı üç aya tәzәdәn rәndәlәyib abıra salmaq dü-
şüncәsindә olanların sayı az deyildi. İlahi, o yaz odun qırırdılar
elә bil! Hamısı da tәlәskәnlikdәn, qorxudan, amansız daxili çıl-
ğınlıqdan irәli gәlirdi – möhkәmlәtmәk, bir hәmlәylә yenidәn
qurmaq, hәmişәlik vә әbәdi! – çünki alaylar keçmişdi, diviziyalar
adlamışdı, amma tarla hәlә mәhv olmamışdı, dalğalanırdı... Әlbәt-
tә, onların arasında qatı düşmәnlәr, qatı әdavәtçilәr, zәnginlәr,
içindә sonsuz kin yaşadanlar vardı, onları islah etmәk, barışdırmaq
mümkün deyildi, buna atәşlә nail olmaq olardı... Amma hamını
eyni xәlbirdәn keçirmәk olmaz axı...

Bıçin deyir: “Mәn onların iyrәnc qәbilәlәrinә qәti inanmıram!
Çünki bizi hәmişә boğublar. Adam yerinә qoymayıblar. Adımıza
kәndli deyiblәr, amma bizi mal tәzәyi sayıblar. Onların bizә de-
yilәsi bundan xoş sözlәri yoxdu...” – “Heç kimә inanmırsan? ” –
“Heç kimә!” – “Doğrudanmı hamısı belәdi?” – “Hamısı canavardı,
ancaq bәzilәri yırtıcı dişlәrini göstәrsә dә, digәrlәri altdan-altdan
iş görürlәr ki, gözә dәymәsinlәr”.

Şura tәlәskәnliklә izah edir: kazakdan kazaka fәrq var, cәnub
dairәlәrdә, mәsәlәn, kazakların pay torpaqları orta hesabla iyir-
mi-iyirmi beş desyatindi, şimalda isә, iki, dörd desyatin... Necә
bәrabәrlәşdirәsәn bәs?.. Kazak haqları vә imtiyazları da eynәn
elәdi – çayın aşağı axarında bunların әhәmiyyәti olduğu halda,
şimalda xeyri yoxdu... Heç olmasa, dәrinlikdә balıq tutmaq üçün
verilәn hüququ götürün... Cәnub hәmişә şimala ziyan vurmaqla
yaşayıb... Marksizm öyrәdir ki, varlıq şüuru tәyin edir. Buradasa
varlıq qәtiyyәn bәrabәr deyil...

...Bıçin marksizm haqda hәr şeyi bilir, ot tayasına oxşayan
başını razılıqla yellәyir, amma ağı qurğuşuna oxşayan gözlәrindә
bir sәbat var.

“Doğrudur, lütlәrә dә, ac-yalavaclara da rast gәlinir. Amma
bilirsәn, Aleksandr Pimenoviç, qardaşımı qamçılayıb döyәndә
az qala öldürmüşdülәr, – o, indi dә şikәstdi, – bunu tәkcә zadә-

69
   64   65   66   67   68   69   70   71   72   73   74