Page 65 - Yuri Trifonov
P. 65
Qoca

o, mәxfi bir separatçı olduğu üçün tәhlükәlidir. Dondan Finlandiya
düzәltmәk istәyir. Bunu möhkәm gizlәdir, amma onu keçmiş
illәrdәn tanıyan insanlar әminliklә separatçı olduğunu söylәyirlәr.
İndi bolşeviklәrә sәdaqәt andı içmәyinә baxma, onun köhnә
rәğbәti hamının yadındadı: o, әvvәlcә trudovik, sonra xalq sosia-
listi olub. Piterdә Don deputatlarına yaxınmış. “Dәqiq bilmәk is-
tәyirsәnsә, o, әsl Don millәtçisidir! Bütün yaxşı keyfiyyәtlәriylә.
Hәm dә, – deyә Orlik yumruğunu elә endirir ki, sanki havaya
möhür vurur – eser mәnşәli!”

Orliklә höcәtlәşmәk çәtindir. O, әvvәldәn hәr şeyi bilir, heç
nәyә dә şübhә elәmir. İnsanlar onun gözündә, tәcrübәli kimyaçının
ani olaraq elementlәrә ayıra bildiyi kimyәvi birlәşmәlәr kimi bir
şeydi. Sanki yarımarksist, dörddә biri neokantçı vә dörddә biri
isә maxistdir. Hardasa üzdәn – on faiz bolşevikdi, içdәn isә men-
şevik. “Sәn isә, – deyә o, mәnә bildirir, – çılğın, dayanıqsız bol-
şeviksәn. İçindә güclü liberallığın var. Sәn içinin üçdә ikisiylә
bizimkisәn, yerdә qalanınla isә – çürük intellegentsәn.” Nә bilim
eyy, o, belә qәnaәtlәrә hardan gәlir! Bәlkә dә, onunla vә digәr in-
qilab komitәçilәriylә güllәlәnmәlәr, müsadirәlәr haqda höcәtlәş-
diyimә görә belә düşünür.

Mәncә, Orliklә vә başqa hәr kәslә bütün mübahisәlәrin әsas
sәbәbi Miqulindir. Onun kim olduğunu anlayıb özümçün qәrar
çıxara bilsәm, çox şey aydın olacaq.

Höcәtlәşib söyüşmәyimә baxmayaraq, Orliklә dostluq edirәm.
Ona hörmәtim var. O, mәndәn on yaş böyük idi, beşinci il
inqilabında drujinaçı kimi iştirak etmişdi, sürgündә olmuşdu,
әziyyәt, yoxsulluq çәkmişdi, sol әlini qılınc dağıdıb deyә tәrpәnmir,
bütün bunlara baxmayaraq, düşünürәm ki, o, mәnә yoldaşdı.
Yeniseydә sürgündә olanda çoxlu kitab oxuyub vә mәndәn on qat
artıq bilir, Şuradan isә, iyirmi qat artıq. Şura axı çox da oxuma-
yıb. Bununla belә, mәn Şuraya çox etibar edirәm. “Öncә faktları
toplamaq lazımdı, – deyir Şura, – sonra nәticә çıxarmaq. Naum
hәmişә olduğu kimi, tәlәsir”.

Şura diqqәtli vә ciddi insandı. Statistika vurğunudu.
Faktlarsa belәdi: Miqulinin indi qırx altı yaşı var. Әgәr o,
hәqiqәtәn, inqilabçıdırsa, bu işdәn ötrü yaşlıdı artıq. Amma deyir-

65
   60   61   62   63   64   65   66   67   68   69   70