Page 68 - Yuri Trifonov
P. 68
i Trifonov

genәlir, sifәti bozdu, ağı qurğuşun rәngdә olan mavi gözlәri
qıyıqdı, körpә saçlarına oxşayan saçları kәtan lifi kimidi. Onun
yumruqları sanki batmanlıqdı, çәki daşı kimi gәzdirir onları. Sla-
boserdov olmasaydı, mәn ona inanardım. Slaboserdov müәllim
idi. O, yaşlıydı, әlliyә yaxın yaşı olardı – indi bunun nә demәk
olduğunu fikirlәşmәk mümkündür! – arvadı da o yaşdaydı, iki
oğulları vardı, mәndәn bir az böyük idilәr, keçmiş tәlәbәlәrdi,
heç yerdә xidmәt etmir, işlәmir, bilmәk olmur nәylә mәşğuldular.
Biz Şurayla hardan bilәk axı? Amansız vә qatı bir mübarizә
gedirdi. Sәhv edәnin alnına güllә çaxırdılar. Sinfi döyüşlәrdә
belә dә olmalıydı. Krasnovlarla әlaqәli olan bütün zәnginlәri,
monarxistlәri, Bıçinin siyahısı üzrә qırx nәfәri biz dәrhal hәbs
etdik, Slaboserdovları isә tutmağa bir sәbәb yox idi – onlar nә
zәngin idilәr, nә әks-inqilabçı, әksinә, keçmiş hakimiyyәtlә
qarşıdurmaları olmuşdu.

Amma Bıçin tәkid edir. Şurayla bunu hardan bilәk axı? Biz
yalnız bir şey bilirik: sәhv etsәn – alnına güllә sıxacaqlar.

“Qoca bizә heç havayı da lazım deyil – Bıçin izah edir – o
keçәl qurumsaq qoy yaşasın, cavanlarısa girov götürün. Onların
inqilaba ziyanı var”. Şura tәrәddüd edir. Bıçin isә: – dedim,
qurtardı! – söylәyir. O, heç kimlә hesablaşmayan, heç bir müba-
hisәyә dözmәyәn ağır bir kişidi, Şura danışır ki, belә başdanxarablara
katorqada rast gәlib, әvvәlcә, belәsindәn qorxurlar, sonra üstünә
tökülüşüb yarımcan olanacan çırpırlar, amma indi ağır zamandı,
dörd tәrәf düşmәndir vә belә ağır kişilәrә ehtiyac var. Hәr gün
gah inqilab komitәsindәn kimisә doğrayırdılar, gah kimisә
güllәlәyirdilәr, müsadirә etmәyә göndәrilmiş dәstә pulemyot
atәşiylә qarşılaşırdı, әsl döyüşә başlamaq lazım gәlirdi. Heç nәyә
etibar yoxuydu, hәr şey narahat vә dolaşıq idi: bu, hәm sevinc,
hәm qәzetlәrin şadyanalığı, mitinqlәrdәki qәlәbә hay-küyü vә
hansısa gizli sayıqlamalar, sarsıntıların ürәyә damması da ola
bilәrdi. Çünki bütün diyar boyunca gәzirik. Donda baş verәnlәrin
çoxu Şuranın xoşuna gәlmir. Bәzәn o, yerli inqilab komitәsindәn
olanlarla, Bıçinlә, Qaylitlә, tribunaldan olan öz adamlarıyla, dos-
tumuz Leonti Şiqontsevin Mixaylinskә qәfil gәlmәsinә sәbәb
olmuş Don inqilab komitәsindәkilәrlә bağlı ucadan söyüş söyür,
biәdәb tәhqirlәr işlәdirdi.

68
   63   64   65   66   67   68   69   70   71   72   73