Page 66 - Yuri Trifonov
P. 66
i Trifonov

lәr ki, hәlә canısuludu, hәrbi yürüşlәrdә güclüdü, at çapmaqda,
qılıncoynatmaqda pәrgardı, kazaklara mәxsus bütün işlәrdә çevik-
di. Başqa әlamәtlәrini dә tәsdiqlәyirlәr: tәhsillidi, kitabsevәrdi,
ondan savadlısını axtarmağa dәymәz, әvvәlcә kilsә mәktәbindә,
sonra Novoçerkasskdakı yunker gimnaziyasında cidd-cәhdlә,
әziyyәtlә oxuyub, kömәk edәni olmayıb, yoxsulun biriymiş, sta-
nitsa yığıncağında çağırışçılarla bağlı Peterburqa – Dumaya gön-
dәrmәk üçün seçim edilәndә isә onu seçmişdilәr. Çünki yığıncaqda
odlu-alovlu çıxış etmişdi. Min doqquz yüz altıncı il idi. O, Man-
curiyadan alayla birgә yenicә qayıtmışdı, orada dörd orden al-
mışdı vә rütbәsi böyüdülәrәk podyesaul olmuşdu. Doğma stanit-
sasında isә yığıncaqda rәhbәrliklә kәllә-kәllәyә gәldi. Söhbәt
ağrılı-acılı kazak qәlbinә toxunan mәsәlәdәn gedirdi – yәni
“mülki hakimiyyәtlә ordunun hәmrәyliyi” deyilәn mәsәlәdәn.
Mәhz hәmin vaxtda hökumәt “daxili” qoşunları güclәndirmәyә
vә kazakları ikinci, üçüncü dәfә, hәlә yapon müharibәsindәn dö-
nәnlәri dә orduya çağırmağa qәrar vermişdi. Qarnizonlardakı
kazak hissәlәri onlara azlıq edirdi! Şapalaq altında edilәn xidmәtin
kiminsә bәyәndiyini düşünmәk isә axmaqlıq olardı. Hәr yerdә –
әn müxtәlif yerlәrdә keçirilәn toplantılarda etiraz etmәyә başla-
mışdılar. Mixaylinskdә qaldığım evin sahibi xatırlayırdı: gәnclәr
cәsarәtlә qışqırırdılar, yaşlılar ürәkdәn, coşquyla olmasa da, öyüd
vermәyә çalışırdılar. İkinci, üçüncü dәfә xidmәtә çağırılmamaq
mәsәlәsinin hәlli üçün stanitsa kazaklarının tapşırığıyla Miqulin
Piterә getdi, geri dönәndәsә qәfil hәbs olundu, Novoçerkasskda
haupvaxta salındı, zabit rütbәsi alınaraq ordudan xaric edildi...
İndi necә düşünәk, bunu inqilabi hadisә adlandırmaq olarmı?
Mәnә görә, әlbәttә ki, olar. Kazak zabitindәn ötrü hakimiyyәt
әleyhinә bu cür çıxmaq görünmәmiş bir işdi. Şәxsi taleyi üçünsә
bu, hәr şeyin sındırıldığı, karyeranın çökdüyü, xidmәtin itirildiyi
әsl inqilabi bir keşmәkeş idi...

Sonra Rostovda torpaq şöbәsindәki fәaliyyәti, ardınca müha-
ribәnin başlanması, orduya çağırılması, 33-cü kazak alayı....
Döyüşlәr, tәltiflәr, deyәsәn, hәlә Georgiyev silahına layiq görül-
mәsi... Fevral... Biz hәlә Volodya vә Asyayla şuranın yığıncağına
pul toplamaq üçün Piter küçәlәrindә çapalarkәn Miqulin gah

66
   61   62   63   64   65   66   67   68   69   70   71