Page 70 - Yuri Trifonov
P. 70
i Trifonov

ganlar deyil, aclar da etmişdi, hamıdan betәr onlar vәhşilik törәt-
mişdilәr”. Sәn demә, qardaşımı “cavanlıq elәdiyinә görә, müәllim
qızını bağda yaxaladığı üçün” qamçılamışdılar. “Belә çıxır ki, iş
görübmüş?” – “İş nәdi, Aleksandr Pimenoviç? O sevib evlәnmәk
istәyirmiş, onlarsa... guya bu oğlan qanmazdı, alçaqlıq edibmiş
guya... Adama ağır gәlir! Biz kazakların sümüklәri ağdır, sәnsә
yüyәngәmirәnsәn, heyvan kimi peyindә eşәlәnmәlisәn. Onlar
müәllim olsalar da, xalis burjuydular. Daimi iki işçilәri olur.
Amerika istehsalı olan otbiçәnlәri, ilxıyla atları, kalmık millәtindәn
ilxıçıları var. Daş özül üstündә ikimәrtәbәli әla ev tikdiriblәr.
Hәlә Yeletsdәki ev dә onundu – müәllimin. Burdakı ev isә hәmin
qızın cehiziydi, o, stanitsa atamanı Tvoroqovun qızıdı. Yәni
mәşhur ailәdilәr. Onların inqilaba böyük ziyanları var”. Bu,
çoxdan olub, beş il әvvәl, onda hәlә müәllimin uşaqları gimna-
zist idilәr, indi isә müsafirxanada bağlı qapı arxasında saxlanılırlar.
Bıçin onların yanına gedә bilmişdi. O, buradakıları yaxşı tanıyır
vә baş verәnlәri yaxşı bilir. Hәmin oğlanlar tutulub, artıq iki sut-
kaydı zirzәmidә saxlanılırdılar; yekәalın, saqqallı, şәhәrlilәr kimi
xәz yaxalıqlı uzun qara palto geymiş, havanın mülayimliyi sәn-
gidiyinә görә şlyapa qoymuş vә hәr yan palçıq olduğuyçün ayaq-
larında palçıqlı çәkmәlәr olan Slaboserdov bizim yanımıza gәldi.

Şura, Bıçin, kömәkçisi Yaşka Qaylit, Petyanın qardaşı, üç
nәfәr dә ondan başqası ilә otaqda oturub yeniliklәri, Don inqilab
komitәsinin teleqrafla göndәrilmiş әmrini müzakirә edirik. Bu,
atların qoşqu lәvazimatları vә arabaların müsadirәsiylә bağlıdı.
Orlik dә burdadı. Әmr – bir bombadı. Bilmirik neylәyәk. Onu
dünәn almışıq, mәxfi saxlayırıq, amma haradansa anlamadığımız
yerdәn sızan şayiә quru otluqda alov sürünәn kimi stanitsanı
bürüyüb. Bu, hәr şeydәn qorxuludu. Zәrbә dәrhal vurular. İnqilab
komitәsindәn olanlardan biri, gecә hansısa kazakların boş arabalar
qoşulmuş atları çöllüyә sürüb apardıqlarını söylәyir, deyir ki,
özü görüb. Saxlamaq istәyib, qışqırıb, cavabında atәş açaraq
çapıb gediblәr. Kim olduqlarınısa bilmәyib. Әlbәttә, belә işlәrdә
gözlәnilmәdәn hәrәkәt etmәk hәr şeydәn vacibdi, düzgün olardı
ki, teleqram alınan kimi, yәni srağagün, xalq duyuq düşәnәcәn
dәrhal başlarının üstü alınaydı. Amma işә әngәl törәndi – Şura

70
   65   66   67   68   69   70   71   72   73   74   75