Page 75 - Yuri Trifonov
P. 75
Qoca
Bir-birimizi bir il üç aydı ki, görmәmişdik, tanınmaz dәrәcәdә
kobudlaşıb sәrtlәşmişdilәr, daxildә isә hәr şey yenә hәminki
kimiydi, yenә o bircәdәnәlik, yenә o dәrd qәdәr canayaxınlıq.
Adama elә gәlirdi ki, hәr şey keçmәli, unudulmalı vә ömürlük
gedәr-gәlmәzә qovuşmalıydı – guya hәr şey sürәtlә sovrulub
getmәliydi. Yox, heç nә, heç yana getmәyibmiş. İlk saniyәlәrdәcә,
ilk saatdaca onun Volodyayla birgә olması, indi sadәcә dost
deyil, әr-arvad olmaları sanki tamamilә fәrq elәmirdi, onlar, hәtta
eyni cür danışırdılar, cümlәni biri başlayırdı, o biri sona yetirirdi,
hәddәn artıq tez-tez, gözucu, lazım oldu-olmadı baxışırdılar,
amma bu baxışlar diqqәtcilliklә doluydu, sanki ani olaraq cavab
gәzirdilәr: belәmi? burdamı? – heç bu da mәnә toxunmurdu,
amma yaddaşımın artan hәrarәti qәfil tar-mar oldu, çünki onlar
ikisi indi bir adam idi – ayrılmaz, vahid. Bunu sonra dәrk etdim
vә tezlikә iztirablar başladı...
Miqulinin yanına necә gedib çıxmışdılar? Eynәn elәcә – axın
çәnginә alıb gәtirmişdi. Bu, Volodyanın atasına görә, qәfil baş
vermişdi. O, hәlә on sәkkizin baharında, Miqulin Donetsk
çöllәrindә ilk hәrbi dәstәlәr yaratdığı vaxtlarda, onun qәrargahında
kiminlәsә dostluq edirmiş vә onlara qoşulubmuş. Volodyanın
atası qaydamakların1 partlatdığı zirehli qatarda hәlak olmuşdu. İş
belә alınıb ki, atası bir tәrәfdәn dә Miqulinә bağlı olub, Volodya –
atasına, Asya isә artıq ona bağlanıbmış. Dәymiş günәbaxan
girdini kimi ailә parçalanmışdı. Bәs valideynlәrin başına nәlәr
gәlmişdi? Tanrı bilir, ya Rostovdadırlar, ya Novoçerkasskda,
bәlkә dә, cәnuba-zada baş alıb gediblәr. Әsirlәrdәn biri deyirdi
ki, privat-dosent İqumnov guya Rostovda xüsusi hәrbi tәşviqat
tәşkilatında Denikin tәşviqatçılarının arasında çalışır. Tezliklә
Rostov alınacaq vә onda... Onda nә olacaq? Asya bu barәdә
fikirlәşmir, onun başqa qayğıları var – uşaq gözlәyir. Volodya isә
ancaq Miqulin barәdә odlu-alovlu, tәlәsә-tәlәsә söhbәt açmaqdan
savayı, heç nә haqda danışa bilmir. Sirr açırmış kimi, yavaşdan
söylәyir: “Cәbhәnin İnqilabi Hәrbi Şurasındakıların ondan zәhlәsi
1qaydamak – Ukraynada vətəndaş müharibəsi zamanı əks-inqilabçı dəstələrin
əsgəri
75