Page 79 - Yuri Trifonov
P. 79
Qoca
yub deyir: “Әn azından bu, sәhvdi! Etiraf edәcәyik, amma gec
olacaq”. Söhbәt heç dә yәhәr-yüyәndәn, arabadan getmir. Bu,
kazaklara dәhşәtli dәrәcәdә meydan oxumaqdı.
Şura indi sakitcә deyir: “Tanışam”.
“Bilirsizmi ki, – Braslavski deyir – mәn sizi bir tәxribatçı
kimi mәhkәmәyә verә bilәrәm?”
Bıçin qorxmuş kimi donquldanır: “Yoldaş, biz hәr şey etmişik,
bizdә hәr şey hazırdı, adamlar girovluqda gözlәyirlәr, dәfәlәrlә
bu barәdә yoldaş Danilovun yanında mәsәlә qaldırmışam...”
Qәribәdi, belә gümrah, igid, dәmir yumruqlu bir adamı bala-
caboy, yuxulu gözlu birisi azacıq sıxışdıran kimi, üzü dönür, hәr
nә var qoyur ortaya!
Hamısı Şuranın üstünә düşür. Әgәr Staroselskidә әks-
inqilabçılar vaxtında mәhv edilsәydi, orada Avstriya kommunisti,
yoldaş Frans hәlak olmaz, vәziyyәt indiki kimi alınmazdı. Şura
etiraz etmәyә cәhd edir: “bәzәn kimin әks-inqilabçı olub-
olmamasından baş açmaq olmur, kimsә inqilabın tәrәfini qırx
faiz tutur, qırx beş faiz şübhәylә yanaşır, on beş faiz isә qorxur...”
– Bu zaman o, Orliki parodiya elәyir... – “Hәr bir hadisә ciddi
yoxlanmalıdı, axı söhbәt insanların taleyindәn gedir...” Amma
Şiqontsev vә Braslavski bir ağızdan deyirlәr: “Söhbәt inqilabın
taleyindәn gedir!” Siz heç bilirsiz inqilab mәhkәmәsi nәdәn ötrü
tәsis edilib? Şübhәlәr vә araşdırmalar üçün deyil, xalq düşmәnlәrini
cәzalandırmaqdan ötәri. Lüdovikin mәhkәmәsi zamanı Danton
demişdi: “Biz onu mühakimә etmәyәcәyik, biz onu öldürәcәyik!”
Bәs “Şübhәlәnmә haqqında qanun”u Konvent qәbul etmişdi? İn-
qilaba daimi olaraq sәdaqәt göstәrmәyәn keçmiş zadәganlar
şübhәli hesab olunurdu. Qandan qorxmaq lazım deyil! Deputat
Jülen söylәyirdi ki, süd uşaq qidası sayıldığı kimi, qan da “azadlıq
uşaqları”nın qidasıdı...
Şiqontsevin üyüdüb-tökdüyü bu sitatlar, onsuz da Bıçinin bu
qulağından girib, o birindәn çıxırdı.
“Bax, bunların kökünü kәsmәk lazımdı!” – әlindәki kağızları
silkәlәyir, – Antonovlar, Semibratovlar, Kuxarnovlar, Dudakovlar...
bunlar hamısı hәmin o Dudakovun qohum-әqrәbalarıdı, ilk
növbәdә, hәm dә atamanın kürәkәni, müәllim Slaboserdovun –
haqqında Danilov yoldaşa dәfәlәrlә desәm dә, o, hәlә dә azadlıqda
gәzir...”
79