Page 80 - Yuri Trifonov
P. 80
i Trifonov
Slaboserdovu mәhv etmәk istәyirlәr. Şura razılıq vermәk
niyyәtindә deyil. Bilmәk olmur niyә. Müәllimi cәmi bircә dәfә
görüb, onunla mübahisә edib, incik danışıb, amma heç bir şeydә
dirәnmәyib. Üzü allanıb, qәzәbdәn alışır, çuxura düşmüş gözlәri
parıldayır. Әliylә göstәrir ki, su verin, su! Mәn ona gil parçda su
verirәm.
Naum Orlik çığırır: “Sәn xәstәsәn! Qızdırman var, yәqin ki,
qırxa yaxındı!”
“Yox, yox. Mәn sağlamam. Mәn bunları demәk istәyirәm:
direktivi yetkin olmayan şüurun mәhsulu sayıram. Mәn MK-ya
yazacam, İliçә...”
Braslavski Şuraya baxaraq susur. Birdәqiqәlik sükut yaranır.
Braslavski necә etmәk lazım gәldiyini anlayır. Necә olmasa o,
burada rütbәsinә görә hamıdan böyükdür – Cәbhә İnqilabi Hәrbi
Şurasının nümayәndәsidir. O, barmaqları yarı qatlanmış balaca
әlini aramla qaldırır, – bu, icazә jestinә dә oxşayır, paradda ordu-
nu salamlamağa da, – yorğun sәslә deyir: “Nә qәdәr istәyirsiz,
yazın! Sizin işiniz nәzәriyyәylә mәşğul olmaqdı. Siz keçmiş tә-
lәbәsiz? Amma mәn fәhlәyәm, dabbaqxanada işlәmişәm, nәzәriyyә
oxumamışam, buna görә dә direktivlәri icra etmәyә borcluyam... –
Onun barmaqları ovcuna sıxılır, yumruğu düyülür vә gözlәnilmәz
zәrbәylә masaya elә çırpılır ki, gil parç aşıb diyirlәnir. – Mәn bu
xutordan Karfagen kimi keçәcәm!”
Bu cümlә mәni elә heyrәtә salır ki, özümü saxlaya bilmәyib
irad tuturam: “Karfagen kimi keçmәk olmaz... Uçurub-dağıtmaq
olar, necә ki, Karfageni uçurub-dağıtmışdılar...” Donuq baxışları
ağır göz qapaqları arasından üzümә zillәnir. Aydın vә qәti şәkildә:
“Mәn bu xutordan Karfagen kimi keçәcәm! – deyir, bircә anlıq
susaraq hamını süzür vә gözlәnilmәdәn bağırır: – Başa düşdünüz
dediyimi?!”
Sonra Şiqontsev gizlicә izah edir: Braslavski kazaklardan
bәrk yanıqlıdı, 1905-ci ildә Yekatrinoslavski talanında onun
ailәsini qılıncdan keçiriblәr. Anasını öldürüb, bacılarını zorlayıblar...
Özü dә kazaklar deyil, yerlilәr öldürüb, zorlamışdılar. Deyirlәr,
kazaklar kömәk ediblәrmiş. Şiqontsev az qala sevinclә bildirir:
“Bu vәzifәyә bundan yaxşısını düşünmәk belә olmaz! ”
80