Page 76 - Yuri Trifonov
P. 76
i Trifonov
gedir. Qәlәbәlәr çalsa da, yaddı ki, yaddı... Trotskinin özü dә
onun soyadını eşidincә üz-gözünü turşudur... İndi necә sübut
edәsәn ki, o, bizimkidi?”
Volodyanın özü necә, mәgәr bizimkidir?
İndi Miqulin haqda qızğınlıqla danışdığı kimi, yaxın vaxtlaracan
kәndli icması barәdә mükalimә yürüdürdü, Volqaboyunda
dostlarıyla birgә sadә bir hәyat sürmәk arzulayırdı. Axı hәmin
vaxt, noyabrda o, Asyayla ac Piterdәn qaçıb gedәndә, heç birinin
inqilab uğrunda döyüşmәk fikirlәri belә yox idi. Onları zamanın
gәrdişi çәnginә aldı, sürәtli axın götürüb apardı...
Volodya qәribәdi: әyninә uzunәtәkli süvari şineli geymişdi,
ulduzlu furajkadaydı, anarxistlәr kimi qarnı üstündә mauzer qo-
buru necә gәldi, sәliqәsiz asılmışdı, siması tamam yeniydi, göz-
lәrindәsә әvvәlki gәnclik şövqü, hәyata sönmәz maraq vardı.
“Yox, sәn bir fikirlәş, gör necә bir ağıllı taktikası var, insanları,
öz kazaklarını vә ağları necә gözәl tanıyır, gör necә dә bәxtәvәr
vә naxışıgәtirәndi! Hәmin xüsusiyyәt çox vacibdi vә bu, istedadın
bir hissәsidi. Necә tәlәlәrdәn qurtulub o! Necә cәncәllәrdәn
salamat çıxıb!”
Asya isә tamam başqadı. İkimiz tәklikdә qalanda axmaqcasına
soruşuram: “Necә yaşayırsan?” “Hamı kimi... Günü başa vurmuşam,
salamatam, demәli, hәr şey yaxşıdı”.
“Volodyayla necә dolanırsan? Hәr şey yaxşıdımı?”
Bu da axmaq vә boğazdan yuxarı suallardı, neylәsәm dә,
özümlә bacara bilmirәm. Asya düşünәrәk cavab verir: “Volodyadan
mehriban insan tanımıram. Cәsur, tәmiz... – Bir az da fikirlәşәrәk
deyir – O, mәnsiz yaşaya bilmәz”. Volodya Miqulin haqqında
vәcdlә üyüdüb-tökәndә, o, bir kәlmә dә danışmır. Elә bil ki, heç
eşitmir. Bu isә yüngülcә mәnim diqqәtimi cәlb edir. Bugünәcәn
dә bilmirәm, onların arasında hәlә o zaman nәsә olmuşdumu,
yoxsa niyyәtlәrindә varıydımı? Dövran da elәydi ki, göz-qaş et-
mәyә bir dәqiqә dә vaxt qalmırdı. Bәlkә, elә onun bәtnindәki
körpә dә Miqulindәn idi? Zaman sürәtlә ötüb-keçirdi. Vaxt işә
mübarizәyә, ani qәrarların hәllinә güclә çatırdı. Demәk olar ki,
dәrhal, Volodya vә Asya gәlәndәn tәxminәn iki gün sonra,
Mixaylinskiyә Don İnqilab Komitәsinin güclü hәrbi dәstәsi:
76