Page 71 - Yuri Trifonov
P. 71
Qoca
әzilib-büzülür, inqilab komitәsinin yerli kazak üzvlәrindәn kimsә
mızıldanıb-nıqqıldayır, Bıçinlә Qaylit isә әmri tәcili yerinә yetir-
mәk lazımdı, deyib, öz bildiklәrini yeridirlәr. Höcәtlәşirik, bağı-
rırıq. Dәrhal yerinә yetirmәk olmaz, çünki qızıl ordu dәstәlәri
burada yoxdu, Staroselsk stanitsa inqilab komitәsinin xahişiylә
oraya göndәrilib, cәfәng әmrlәr vermәklә insanları boğaza yığmış
avstriyalı komissardan dolayı kazaklar hәyәcanlanıblar, hәrbi
dәstәlәrsiz isә bu işә başlamaq ağlasığmazdır. Şura, Don inqilab
komitәsinә teleqram göndәrdi: “Әlverişsiz şәrait olduğu üçün
atların qoşqu lәvazimatları vә arabaların müsadirәsiylә bağlı
әmri lәğv etmәyinizi xahiş edirәm” vә buna tәcili cavab gәldi:
“Әmrlәri müzakirә etmәyә girişmәyin. Yerinә yetirin”.
Bizim doqquz döyüşçümüz vardı: hәbsxana mühafizәçilәri
vә tribunal konvoyları. İş qaydasında getsә, elә bu doqquz nәfәrlә
dә keçinmәk olar, bәs iş bәdә düşsә necә? Sәhәr-sәhәr hәrbi
dәstәnin gecikәcәyiylә bağlı Staroselskdәn çapar gәlib xәbәr
gәtirdi, avstriyalı komissarın öldürüldüyünü, dәstәnin bandit
hücumuna mәruz qaldığını, banditlәrin darmadağın edildiyini,
stanitsada sakitlik hökm sürdüyünü, amma intiqam almaq üçün
tәcili tәdbirlәr görülmәli olduğunu bildirdi. Bax, buna görә
yubanma baş verir. On doqquzun fevralı. Qaranlıq gecәlәr, külәk,
keçilmәzlik, titrәtmәlәr...
Müәllim Slaboserdov içәri girir.
Bıçin yerindәn sıçrayır: “Kim buraxdı sәni?” – “Sizin qaro-
vulçular yatıb...” Qarovulçu, qoca kazak Mokeiç (çox keçmәdi
ki, onu filippçilәr qılıncladı) kandarda mürgülәyirdi. Mürgәlәmәyib
neylәsin? Hamı yorulub әldәn düşüb, yuxusuz gecәlәr üzüb
hamını. Bıçinin “ot tayası” – yәni üzü arıqlayıb, qarsılıb, gözlәri-
nin kәnarları göyәrib. Әllәrini yellәyәrәk müәllimi milçәk kimi
qapıdan bayıra qovur: “Yox! Söhbәtә vaxt yoxdu, yoxdu, yoxdu!
Sonra gәlәrsәn!” Slaboserdov isә oturacağa yaxınlaşıb әylәşir.
“Olmaz. Sonra gec olacaq”. Yaşka Qaylit ona yaxınlaşır vә ciddi
şәkildә: “Bu saat burdan gedin!” – deyir. Müәllim şlyapasını
çıxardır, büzüşәrәk başını yellәyir. Mәn onun üzünün tәrlәdiyini,
dodaqlarının titrәdiyini görürәm. Vә deyirәm ki, adamı qovmaq
olmaz. Orlik dә: “Qoy desin görәk niyә gәlib!” Bıçin vә Şura,
71