Page 74 - Yuri Trifonov
P. 74
i Trifonov

“Ona qulaq asmayın! Cәhәnnәm ol burdan, qarğa! Qarılda-
mağına bax bunun!” Bu Usmardı. O, müәllimә qarşı hamıdan
çox qәzәblidi, hәtta Bıçindәn dә. Fedya Usmar kazakların orta-
babından sayılırdı, qarayanız, yöndәmsiz, dәqiq xatırlayıram ki,
üzü yastı – fәtirsifәt idi, daim qıyıq olan gözlәri bilinmirdi ki,
hara baxır...Tezliklә mәlum oldu – ağların casusuymuş. Onun
tapşırığıyla denikinçilәr Mixaylinskini tutdular, İnqilab Komitәsinә
kömәk edәnlәri qılıncladılar. Bıçinsә sarsaq idi. Ona görә dә hә-
lak oldu.

Usmar, müәllimә naqan göstәrir. “Sәn bir tәxribatçısan!
Bilirsәn dә, tәxribata görә nә ola bilәr?” – “Vәtәndaşlar, sizdәn
qorxmuram...” Qәfildәn müәllim heydәn düşür, şlyapasını әlindәn
yerә salır. Zәif sәslә deyir:

“Nәyә görә günahsız insanlara zülm olmalıdı? Niyә mәnim
uşaqlarıma bu cür cәza verilmәlidi? Vәtәndaş Danilov, yalvarıram
sizә, düşünmәdәn hәrәkәt etmәyin...” Slaboserdovun üzüylә göz
yaşları süzülürdü. Göz yaşları öz yerindә, amma onun kobud üzü
ölü sifәti kimi donmuşdu.

“Ax, bәs belә... Oğlanlarını bir girov kimi güllәlәyәcәyik
deyә, bu, üsyandan qorxur?” Slaboserdov susur. Onsuz da hәr
şey aydındı. Onların xatirinә gәlib. Amma heç nәyin qarşısını
almaq olmaz, әmr yerinә yetirilmәlidir.

Uzaqların, ilıq havanın, torpağın xoş rütubәt qoxusu canına
hopmuş bir külәk sınıq pәncәrәdәn içәri әsir. On doqquzun
fevralıdı. Doqquzuncu ordu şimalda Don kazaklarıyla kәllә-
kәllәyә dayanıb, amma elә bil güc vә sәbir tükәnmәk üzrәdi. Biz
bu hәyәcanı duyuruq. Kazaklar nәyinsә üzülüb qırıldığını vә bir
buz parçasıtәk әrinti qar sularında axıb getdiyini duyurmuş kimi,
bu vәziyyәti göydә hiss edirlәr. Alaqaranlıqda Staroselskiyә çapar
göndәrirlәr. O, növbәti gün axşam bir sıra aydın olmayan
mәlumatlarla geri qayıdır: stanitsada sakitlikdi, sәs-sәmir yoxdu,
komissarın ölümündә tәqsirli bilinәn altı nәfәr güllәlәnib, iyirmiyә
yaxın adam girov götürülüb, hәrbi dәstә komandiri, matros
Çevqun isә stanitsanı tәrk etmәyә tәlәsmir – deyir. Çaparla
Şuraya üçkәlmәlik bir bilgi göndәrirәm: “Bircә qığılcım kifayәtdi”.
Vә bu fırtınaöncәsi yalançı sakitlikdә göydәn düşmüş kimi,
qәflәtәn Volodya vә Asya zühur edir, bir gün sonrasa Şiqontsev
gәlir.

74
   69   70   71   72   73   74   75   76   77   78   79