Page 77 - Yuri Trifonov
P. 77
Qoca

aralarında bir neçә matros, latış, hardan gәldiklәri bilinmәyәn
çinlilәr olan, azman vә barışmaz qırx nәfәr qızıl ordu әsgәri qәfil
hücum etdi, onların başında isә iki nәfәr – Şiqontsev vә Braslavski
dururdu.

Şiqontsev Don İnqilab Komitәsini, Braslavski isә Cәnub
cәbhәsinin vәtәndaş idarәsini tәmsil edir. Bu tәşkilatlar Don
üzәrindә, azad olmuş rayonlarda hakimiyyәtin özәyidi. Hakimiyyәti
tәmsil etdiklәri dәrhal bilinir. Әslindә hakimiyyәt elә onların
özüdü. Sәmimi, möhkәm – inqilab adından iş görürlәr. Bizim
gördüyümüz işlәrin hamısı isә dairә tribunalında vә tayabaş
Bıçinin rәhbәrlik etdiyi Mixaylinski İnqilab Komitәsindә miskinlik,
yekәxanalıq kimi tәqdim edilib... Az qala bunu cinayәtkarlıq
adlandırıblar! Әsas mübahisә bu yaxınlarda çaparın gәtirdiyi
ağzı surquclu mәktub әtrafındadı. Şiqontsev vә Şura birgә
xatırlamalı çox şeylәri olan köhnә katorqa dostları kimi deyil, bu
dәfә qızğın höcәtçilәr kimi görüşürlәr, haçansa yarımçıq qalmış
mübahisәlәrini kәsdiklәri yerdәncә başlayırlar... Hә, hә! Bu, bir
il әvvәl başlayıb – on sәkkizin fevralında. Rostov alınandan
sonra Şiqontsev geri qayıdıb qәzәblә bildirdi ki, üçüncü dostu,
katorqa şairi Yeqor Samsonov gözlәnilmәdәn Deputatlar Şurasında
rostovlu menşeviklәrin vә meşşanların haray salıb fәryad etdiklәri
güllәlәnmәlәrә qarşı vә burjuyların izlәnilmәsi әleyhinә çıxış
edib. Sonra bütün postlardan çıxarılmış, güllәlәnmәdәn özü zorla
qurtulmuş Yeqor Piterә gәldi. Vә Leonti onu xilas etmәyә cәhd
göstәrmәdi. Putilov fәhlәlәri, qızıl ordu әsgәrlәri onu xilas etdilәr...

“Mәn sәnә demişdim axı!”
“Bәs niyә Rostovu itirdiniz? Niyә müdafiәni tәşkil edә
bilmәdiniz?”
“Rostovu lәnәtә gәlmiş almancığazlara görә itirdik. Demaqoqluq
elәmә”. Şiqontsev Şuraya barmaq silkәlәyir, gicgahlarında batıqları
olan yöndәmsiz başını yırğalayır.
Mәn bir zamanlar Piteri heyran qoymuş hәmin başı xatırlayıram.
İndi o qırxılıb, yatalaqdan sonra bozumtul-sarı rәngә çalır. Bir il
әrzindә Şiqontsev qaralıb, arıqlayıb, sәrtlәşib vә qaradinmәz
olub – onun sәsi batıb, xırıldayır. Güclә eşidilәn xırıltılı, çılğın
sәsiylә hәmişә yubanan alman proletariatını yamanlayır: inqilaba

77
   72   73   74   75   76   77   78   79   80   81   82