Page 67 - Yuri Trifonov
P. 67
Qoca
alayda, gah da doğma stanitsasında mitinqlәrdә boğazını yırtırdı.
O, trudoviklәr blokunu yaradıb onlara başçılıq edirdi. Özü isә –
Tәsis Yığıncağına namizәd olmuşdu. Belә! Tәәccüb etmәk lazım
deyil, bizim dövrümüzdә insanlar başlı-başınalıq ucbatından hara
gәldi düşә bilәrlәr. Hәlә bir qәdәr әvvәl bir hәrbçi әsgәrlәri qızış-
dıraraq “qәlәbә çalanacan” döyüşә sәslәmişdi, indi isә bolşevik
şüarları qışqırır. Bir başqası dünәn bizim qәrargahda oturub
sxemlәr hazırlayır, işlә mәşğul olurdu, bu günsә könüllülәrin ya-
nında fransız siqareti çәkir. Keçmiş xüsusi döyüşçü, indi isә
cinayәtkar olan Vsevolodov vә Nosoviç kimi...
Polkovniklәr! Komissarların yuxularını әrşә çәkәnlәr. Özgә
qәlbinә necә girәsәn axı? Hardan bilәsәn ki, vicdanla, sәmimi
olaraq, dәrindәn götür-qoy edәrәkmi paqonlarını söküb ulduzlu
dәbilqәni gözlәrinin üstünә basıblar, yoxsa, burada ibliscәsinә
gәlәcәyә hesablanmış ayrı mәqsәdlәri var? Öyrәnib bәlәd olmağa
isә vaxt yoxdur.
Mәhz Miqulin dә ordu-zabiti, podpolkovnikdir.
Heç kim birbaşa deyә bilmәz ki, Miqulin süngülәrin yönünü
çevirә bilәr, ümumiyyәtlә, ön dәstәsindә Miqulinin olduğu Doq-
quzuncu ordunun ağları darmadağın edәcәyini söylәmәk qәribә
olardı! Amma inqilab komitәlәrindә işlәyәnlәrin, müvәkkillәrin,
yerli tribunalçıların söhbәtlәrindә sarsılmaz bir münasibәt vardı:
etimadsızlıq. Vә ya, bәlkә dә, daha dәqiqi: yarımçıq etimad.
Darmadağın etmәyinә etdi – demәk olar ki, bütün Don sahillәrini
tәmizlәdi, amma bu, onun nәyinә lazım idi, müәmma bundaydı.
Miqulin haqqında gedәn bütün söhbәtlәrdә nәsә dilә gәtirilmәsi
mümkünsüz, xәlvәti, amma inanılmaz dәrәcәdә dayanıqlı, mәğlube-
dilmәsi ağıla sığmayan vә bu qәbildәn olan şeylәr hiss edirәm.
“Nәzәrә alın ki – deyә Bıçin söylәyir – Miqulin üçün fәrqi
yoxdu, it çomağı sevәn kimi, bolşeviklәri dә, ağları da eyni dәrә-
cәdә sevir!”
Bәlkә dә, mәn Bıçinә inanardım, o, yerlidi, mixaylinsklidi,
düzdür, kazak deyil, gәlmәlәrdәndi, atası varlı bir kazakın
yanında muzdur işlәyib, Kolkanın özü Azovda balıq tuturmuş,
bolşevik kimi geri dönüb vә dәrhal qırmızı ataman – inqilab
komitәsindә sәdr oub. Bıçinin başı ot tayası kimi aşağı getdikcә
67