Page 62 - Yuri Trifonov
P. 62
i Trifonov
Sәhәr naharında anam danışır ki, Şiqontsev dan üzü onun
otağına soxulmaq istәyib, qapını açmağı tәlәb edib. Tamamilә
aydın bir mәqsәdlә. “O olacaq – deyir Şura. – O sәfehә nә cavab
verdin?” – “O, sәfeh deyil. Sadәcә bu cür adamdı. Heç bilmirәm
o, kimә oxşayır. Çernışevskinin qәhrәmanlarınamı? Naçayevәmi,
bәlkә dә, Zasuliç onu bu cür tәsvir edir? Belә adamları tanıyıram...
Deyirәm: Leonti Viktoroviç, axı siz bәşәriyyәti emosiyalarına
qalib gәlmәyә çağırırsız. O isә cavab verir: İrina, emosiya haqda
burda söhbәt getmir. Hә? Necә?” Mәnә bunlar çox biabırçı görü-
nür, Şurayla anamsa gülürlәr. Şura deyir: “ Heç vaxt yalan danış-
mağı bacarmır, onun dәyәri dә elә bundadı... – Sonra da әlavә
edir: – Bir sözlә, işin xatirinә bәzәn aldatmaq vacibdi... ”
Qonşu otaqdan möhkәm xorultu sәsi gәlir.
Şura nәsә xatırlayır, yanıb-qaralmış alnını qırışdırır, gülümsünür:
Tobolsk katorqa hәbsxanasının sәkkizinci kamerası bir bәla idi.
Tәkrarsız insanları toplamışdılar! Bәnzәrlәri yer üzündә yoxdu,
zaman hamısını yandırıb kül elәdi...
Asya Volodyanın çiyninә qısılır, göz yaşları yazıq vә çaşqın
üzünә süzülür, mәn onu heç vaxt belә görmәmişdim. Yelena Fyo-
dorovna üzbәüz oturur vә o hәmin ani mәqamda düşüncәlәrә
necә qapılırsa, hәtta mәnim “salam”ımı da cavabsız qoyur, güclә
eşidilәcәk tәrzdә deyir: “Tәkidlә xahiş edirik... Müqәddәs sinod
nikaha icazә verәndә...” Konstantin İvanoviç qapıların qabağında
girәlәnir, kupeyә girmәk istәmir, ümumiyyәtlә, içәridә yer yoxdu,
sıxlıqdı, Volodya vә Asyadan başqa, altı nәfәr dә gedir, tramvaydakı
kimi, oturacaqlarda sıx-sıx әylәşiblәr. Dәhlizdә yüklә irәli tәpilәn
adamlardan Konstantin İvanoviç dәqiqәbaşı әyilәrәk üzr dilәyir,
onları irәli buraxır. Hara tәpilir bu adamlar belә? Hara yerlәşәcәk
hamısı? “Lenacan, fikir elәmә! Lenacan, mәnim әlim sinoda
çatır, birbaşa Vasili Karpoviçә çıxışım var...” O, Lenayla xәstәylә
danışırmış kimi danışır. Lena isә heç nәyә etiraz elәmir, hәr
deyilәnlә razılaşır, hәr cür cәfәngiyyata razılıqla başını yellәyir.
Bәlkә, o, doğrudan da, ağlını yüngülcә itirib. Zәhrimara qalmış
bu sinod hardan çıxdı belә? Hansı nikaha razılıq verilmәlidi ki?
Heç kim heç bir icazә istәmir axı. Dördadamlıq kupeyә doqquz
nәfәr doluşur. Güman ki, sinod artıq dekretlә mәhv edilib.
62