Page 60 - Yuri Trifonov
P. 60
i Trifonov
etdiyi qadınlar, Rusiyaya qayıtmaq istәmәyәnlәr, psixi quruluşunu
dәyişmәsә, hisslәrindәn, ehtiraslarından әl çәkmәsә, bәşәriyyәtin
mәhv olacağı haqda... Şura öz dostunu zarafatla Qraf Monte-
Kristo adlandırır.
Sonra vәziyyәt elә dönür ki, zarafata yer qalmır. Düzdü, bu,
dәrhal baş vermir. İl yarımdan sonra olur. O zaman, on yeddinin
noyabrında söhbәtlәşir, әylәnir, dostlarından kimlәrin yoxa
çıxdığını, kimlәrin rәngini dәyişdiyini xatırlayırdılar, bir çoxları
Piterә gәlib çıxmışdı, mübarizәyә qoşulmuşdular, mәsәlәn, Yeqor
Samsonov Putilovsk milisinә başçılıq edirdi, indi isә Qırmızı
qvardiyaya komandanlıq edir. “Yeqorka sağdı? – Şiqontsev
qışqırır. – O burdadı? Aha, demәli, bizim sәkkizinci kamera
Rusiyanın sükanı arxasındadır. Belә dә olmalıdı!” Yeqor katorqada
şeirlәriylә, hәm dә çuğulçuları döymәsiylә mәşhur olub. Onu
tanıyıram. O, gonbul vә qaraqabaqdı, pensne taxırdı. Bu adamların
hamısının gözü nәsә zәif idi. Çaydan başqa, heç nә dilinә dәymә-
yәn Şiqontsev sanki çaxır içmişdi, coşquyla Yeqoru axtarmağa
cәhd etdi. Amma bu, mümkün deyildi. Belә olduqda onlar ikisi,
bir-birinin sözünü kәsә-kәsә, xatırlaya-xatırlaya Yeqorun katorqa
haqda yazdığı şeirlәri oxumağa başladılar.
“Alatoran noyabr sәhәri, Bizi zәng sәsi qaldırır, bir dә tüstülü
bir işıq...” – Şiqontsev bu misraları ucadan oxuyur vә susur,
unudub çünki. “Şirin xәyallar yox olur...” – deyә Şura ona qala-
nını xatırladır. “Azğın bir hayqırış ilә, söyüş leysanı başlayır...” – Şi-
qontsev davam edir vә birlikdә: “Qalxmaq gәrәkdi ayağa! Qalx
ayağa, qalx, ey köpәk!” oxuyurlar.
Şiqontsevin gözlüyünün altından yaş süzülür. Titrәk barmaq-
larıyla yanaqlarını silir. Bәşәriyyәt mәhv olacaq – hissiyyatdan
qurtuluş yoxdur.
“Siz, hәr şeyi şikayәtlәnmәdәn vә yalvarmadan süpürüb
atmağı bacaran inadkarlarsız, damğalı çiyinlәrini cәllad kötüyündә
sәssizcә açıb göstәrәnlәrsiz... Siz burdan, hәr şeyә qәsd edәn vә
hәr şeyi inkar edәn bir dәstәnin çaparı vә müjdәçisi kimi
gedәcәksiz...” Bilsәydiniz üç aydan sonra nәlәr olacaq: Yeqorun
öz Petroqrad dәstәsiylә soxulduğu Rostovda Şiqontsev onu
hәlimürәkli olmaqda günahlandıracaq vә tribunala verilmәsini
60