Page 56 - Yuri Trifonov
P. 56
i Trifonov

әvvәlcә qırmızı qvardiyaçılar, sonra almanlar “qarma-qarışıqlıq”
saldılar, hәr şey alt-üst oldu, әlaqә kәsildi, Uraldan qayıdanda
nәsә bir açıqça aldım, sonra hәmişәlik yoxa çıxdı.

Çox adamlar yox oldu. İnsanların, sınaqların, ümidlәrin,
hәqiqәt naminә qәtllәrin böyük burulğan dövrü gәldi. Amma
qarşıda bizi nәlәr gözlәdiyini hәlә dәrk edә bilmirdik. Elә bilirdik,
kaledinçilәri darmadağın etmәyә, şәrqdә Dutovun bandasını
pәrәn-pәrәn salmağa dәyәr vә o zaman inqilab bütün ölkәdә
qәlәbә çalar. Qәlәbә yaxındadı! Orenburqu artıq yanvarda
götürmüşdük! İki-üç aylıq iş qalıb...

Tәk mәn yox, Şura da, bir çoxları da belә düşünür. Şura Qızıl
Ordunun tәşkili Kollegiyasında çalışır. Mәn xәbәrlәri böyük vә
parıltılı vәrәqlәrdә tәkrar çap etmәyә kömәk edirәm. Vәrәqlәr
belә adlanırdı: “İnformasiya vәrәqi. Rusiyada Qızıl Ordu hәrәkatı
tәşkilatı.” Nәlәr vardı, harada, nә qәdәr, necә çәtinliklәr olurdu...
Yadıma gәlir ki, hәr yerdә pula, tәşviqata, әdәbiyyata... böyük
ehtiyac hiss olunurdu. Tәxminәn iki-üç milyon rubl lazım idi.
Әvvәlcә bu, hansısa bir kağız oyununa oxşayırdı. Kollegiyanın
yerlәşdiyi yerdә bu oyunu oynayan bizlәr çox deyildik. Sonra
oradan mәğlubedilmәzlәr dәstәsi çıxırdı.

Qocalar heç nә xatırlamır, qarışdırırlar, yalan deyirlәr, onlara
inanmaq olmaz. Doğrudanmı mәn dә elәyәm? Mәnәdәmi inanmaq
lazım deyil? Miqulinin gövdәli, enlikürәk, ortaboylu olduğunu
yaxşı xatırlayıram axı. Әllәri inanılmaz dәrәcәdә güclüydü.
Süvari döyüşçünün әllәri deyil, dәmirçi әllәriydi. Tәchizatçılar
dönüşlәrinin birindә yeni çәkmәlәr gәtirdilәr. Nәyә görәsә,
Miqulinin tәchizatçılara böyük qәzәbi vardı. Çәkmәni qapıb
tikişini sökük-sökük elәdi: “Gәtirdiyiniz, görün, necә bir zibildi,
tulalar!” Ondan sonra nә qәdәr güc sәrf etsәlәr dә, heç kim bir
dәnә dә olsun çәkmәni sökә, cıra bilmәdi. Çәkmәlәr normal idi.
Dörd il öncә Rostovda, muzeydә qocalarla söhbәt edirdim,
fotoşәkillәrә baxırdım. Hamısı Miqulini yaxşı xatırlayırdı. Bir
qoca deyir: “Balaca uşaq idim. Onu Rostovda görmüşdüm. O,
qurğaz, cavan oğlan kimi boy-buxunluydu. Otuz yaşı olardı...”
Başqa bir qoca isә etiraz edir: “Yox, o, hәlak olanda qırx beş yaşı
vardı.” Üçüncü bәstәboy qoca isә: “O, ucaboy deyildi, mәnim

56
   51   52   53   54   55   56   57   58   59   60   61