Page 52 - Yuri Trifonov
P. 52
i Trifonov
ağciyәrdi. Yox, qorxaq deyil, fiziki cәhәtdәn yaxşıdı, amma
düşüncәlәrindә cәsarәtsizdi.” Onlar uzun illәr öncә ayrılmışdılar.
Dәqiq bilmirәm nәyә görә. Mәncә, buna ideya fәrqi sәbәb
olmuşdu. Tәlәbәlik illәrindә o da üsyan etmiş, etiraz bildirmişdi,
birilliyә şimalın harasınasa sürgün olunmuşdu, sonra öz mühәn-
disliyinin dalınca getmişdi. Vә budur, o, böyük, soyuq otaqda
әylәşib çay içir, barmaqlarını stәkanın istisiylә qızdırır, alçaqdan
Şura ilә söhbәt edir. Nә barәdә? Anam ağır xәstәdi. Ciyәrlәri
sәtәlcәm olub. Güman ki, ölәcәk. Kimsә Helsinqforsa, atama
xәbәr göndәrib vә o gәlib.
On sәkkizin yanvarıydı. Çörәk payımızı sәkkizdә bir funtdan
dörddә birә endirdiklәrini yenicә elan ediblәr. Küçәdә üç saat
vaxt itirmişdim: “әvvәlcә nöyüt növbәsindә durdum, sonra çörәk.
Su yox idi. Tramvaylar işlәmirdi. Atamla Şura nә barәdә danışır-
dılar, görәsәn? Onlar pıçıldaşırdılar. Anam sәhәrdәn huşsuz
vәziyyәtdәdi, onsuz da heç nә eşitmirdi. Onlar pıçıltıyla danışırlar
ki, mәn eşidә bilmәyim, amma bәzi cümlәlәri qulağım çalır.
“Yәqin, dekretdәn sonra... Müstәqil ölkә...” – Qoy özü hәll
etsin...” – “Mәncә, o, bu qәrarı dәstәklәyәrdi...”
Hiss edirәm ki, mәnim barәmdә danışırlar. Atam ağıllı, şanslı
adamdı. Tosqunlaşmışdı, saqqalını qırxıb Lunaçarskininki kimi
dodağının altında kiçicik bir tük topası saxlamışdı. Bir sәbәt
әrzaq payı, Piterdә çәtin tapılan urotropin dәrmanı vә bir böyük
butulka süd gәtirmişdi. Anam heç nә yeyib içmir. Gözlәri qapalı
uzanıb, hәrdәn bir-birilә әlaqәsi olmayan bәzi şeylәr sayıqlayır.
Şura mәnә qәribә vә soyuq nәzәrlәrlә baxaraq, gözlәrini
qıydı, – o, adәtәn yeni tanıdığı adamlara bu cür baxıb, qiymәt-
lәndirәrdi ki, onlar nәyә qadirdi, – vә dedi: “Atan tәklif edir ki,
onunla Helsinqforsa gedәsәn. Bu tәklifә necә baxırsan?” Pis.
İndi mәn hara gedә bilәrәm. “İndi demirәm, bu gün yox, sabah
yox, – atam pıçıldayır. – Mәn prinsipcә yaxın zamanları nәzәrdә
tuturam”. Atamın boz mahuddan, dama-dama cizgili gözәl kostyu-
mu, yun corabları, qalın altlıqlı çәkmәlәri var, oturduğu yerdә qı-
çını qıçının üstә aşırıb, ayaqlarını dәbәrdir. Atamın baxışları
mehribandır. Gözlüyünün arxasından elә xeyirxahlıqla vә nüfuzedici
tәrzdә baxır ki, bu cür yalnız qәlbi mәrhәmәtlә dolu yadlar ada-
52