Page 51 - Yuri Trifonov
P. 51
Qoca

sakitlik, işlәyib-çalışmaq istәyirik. Rәdd olsun әks-inqilabçı gen-
erallar!” – zalda әylәşәnlәrә Miqulinin hayqırdığı bunlar idi.
Onlar yerlәrindәn sıçrayır, bağırır, yumruqlarını silkәlәyirlәr.
Ağzınacan dolu zalın pәncәrәlәri açıqdı vә hay-küyü eşidincә
meydanda sıxlaşan kütlә qorxunc şәkildә uğultu qoparır. Bu dә-
qiqә qapıları qırıb içәri soxulacaqlar. Miqulin çıxışına davam
etmәk istәyir, amma qәzәbli qocalar vә kaledinçilәr onu tribunadan
salırlar vә yumruq davası başlayır... Qәfil güruhun içindәn yüzbaşı
Stepan Gerasimov sıçrayır – bu soyad çoxdan tanışdı, düzdü,
Stepan Gerasimov haqda çox sonralar, 1917-сi ilә aid “Ust-
Medveditski qәzeti”nin arxivlәrindә eşәlәnәndә oxumuşdum vә
xatırlayıram ki, 8-ci ordunun qәrargahı yanında komendant vzvo-
dunda Matvey Gerasimov adlı birisi xidmәt edib, o da şimal ka-
zaklarından olub. Olsun ki, hәmin o çılğının qohumuymuş – hә,
Miqulinin üstünә çığırır: “Atamandan üzr istә, yoxsa kәllәn
gedәr!” vә qılıncıyla qolaylanır. Miqulin naqanı qoburdan çıxarıb
lülәsini onun alnına dirәyir. “At yerә qılıncı!” Bir anlıq nifrәt
dolu baxışlarıyla bir-birini yırta-yırta belәcә donub dururlar,
sonra kazaklardan biri qılıncı Gerasimovun әlindәn dartıb alır,
sındıraraq pәncәrәdәn tullayır. Kaledin bu zaman arxa qapıdan
yoxa çıxır.

Sonra Miqulin meydana gәlir. O, izdihamlı kütlә önündә nitq
etdiyi vaxt katiblәr әllәrindә hәrbi nazir Verxovskinin teleqramı
artırmaya doluşurlar, teleqramda göstәrilir ki, qiyamda әli olduğu
üçün Kaledin hәbs edilmәlidi. Miqulin özünә yaxın cәbhәdaş
olan kazakları sәslәdi vә atamanı axtarmağa başladılar, amma
onun izi-tozu yox idi. Novoçerkasskiyә çapıb getmişdi. Hәlәlik
qan deyil, qanlı sözlәr kazakların yolunu ayırdı. Nә etmәli?
Kimә tabe olmalı?

Demәk olar ki, atamı unutmuşdum. Onu lap sağ olarkәn
yadımdan çıxarmışdım. Sonuncu dәfә o, Piterә Bakıdan gәlmişdi,
sonra 1912-ci ildә Helsinqforsa köçdü. Xatırlayıram ki, tünd,
qıvrım saqqal saxlayırdı, gözlük taxırdı, uzun, yumşaq әllәri
vardı, daim demisini eşәlәyir, anamla zarafat edirdi. O, mühәndis
idi. Anamın ona rәhmi gәlirdi, onun haqqında yad bir adam
barәdә danışırmış kimi söhbәt açırdı. “Bәdbәxtlik ondadı ki, o,

51
   46   47   48   49   50   51   52   53   54   55   56