Page 48 - Yuri Trifonov
P. 48
i Trifonov

sәpmişdilәr. Mәtbәә adamın üzünә durur – 16-cı xәtt, ev 5. Şu-
ranın yanına – rayon Sovetinә qaçıram, o, Savvanın başçılığıyla
qırmızı qvardiyaçıları mәnә qoşur, ünvana gedirik. Qapılar tay-
batay açılanda kandarda ilk görünәn Alyoşka İqumnov olur! Tә-
lәsik mәnә baxır, birdәn gülmәkdәn uğunur. “Nә gözәl!.. Bu sәn-
sәn? Taleyin möcüzәsinә bax!” Savva әlini yüngülcә dәbәrtmәklә
onu pәrdә kimi kәnara itәlәyir, otağa soxulur. Otağın dәrinliyindә
hansısa adamlar bizi soyuq qarşılayır, yekәxana-yekәxana danışırlar.
“Cavan oğlanlar, düşünmәdәn hәrәkәt edirsiz. İki gündәn sonra
general Krımov burda olacaq. Bizsә sizi yadımızda saxlarıq –
hamınızı bircә-bircә....” İki gündәn sonra xәbәr yayılır: general
Krımov özünü güllәlәyib.

O soruşur: “Pavel Yevqrafoviç, nәyә görә siz Miqulinin
taleyiylә bu qәdәr inadcıllıqla mәşğul olursuz? Bәlkә, qohumunuz
olub? Bәlkә, uzaq qohumusuz? Ola bilәrmi, arvadınız sarıdan,
hә?” Yox, deyirәm, qohum deyilik. “Nә mәsәlәdi bәs?” Eh, heç
nә. Sadәcә sonuna çatmaq istәyirәm, vәssalam. Sizә hökmәn iş
lazımdı. Mәnimsә ürәyimin ağrısından başqa, heç bir işim yoxdu.
“Biz dә elә ondan narahatıq ki, Pavel Yevqrafoviç, sizin ürәyiniz
ağrıyır. Yaşınız az deyil, siz isә Rostova üçüncü dәfәdi gәlirsiz,
vaxtınızı, gücünüzü sәrf edirsiz. Sizin israrınıza tәәccüb edirik.
Neçә yaşınız var, Pavel Yevqrafoviç?” Cavab verirәm. Mәn,
deyirәm, ona tәәccüblәnirәm ki, elә adamlar var, onlara öz
xalqının tarixi tamamilә maraqlı deyil. Onlar üçün ağla qaranın
fәrqi yoxdu, hәr şey birdi. Hansısa sısqa, әsәbi bir qoca stuldan
sıçrayıb durur: “O zaman nәdәn haqq olmayanı müdafiә etdiyinizi
izah elәyin! Yaxşı, deyәk ki, o, görkәmli qoşun başçısıydı, Kras-
novla, Denikinlә döyüşmüşdü, fәxri silahla tәltif olunmuşdu,
buna söz yox, bәs ondan inqilabçı düzәltmәk nәyә lazımdı? Niyә
belә saxtakarlığa yol verilsin axı?” Qocanın gözlәri alışıb-yanırdı,
dәrisi çil-çil әllәrini sıxıb yumruqlarını düymüşdü, mәnsә sakitcә
cavab verirәm: haqq olmayanı heç vaxt müdafiә etmәmişәm vә
etmәyә dә hazırlaşmıram. Nәyisә deyirәmsә, demәli, faktım var.
“Heç bir fakt yoxdu! – qoca titrәyir. – O, trudovik1 olub! Xalq

1trudovik – 1906-1917-ci illərdə Rusiyada xırda burjua siyasi qrupunun üzvü

48
   43   44   45   46   47   48   49   50   51   52   53