Page 50 - Yuri Trifonov
P. 50
i Trifonov
İki ay әvvәl Hәrbi dairәdә Kaledin Don atamanı seçilmişdi.
Qiyam günlәrindә Kaledin müvәqqәti hökumәtә ultimatum göndә-
rir: әgәr Kornilovla razılaşmadan imtina etsәlәr, o, yәni Kaledin,
kazakların kömәyi ilә Moskvanın yolunu kәsib, Rusiyanın cәnu-
bundan ayıracaq. “Müvәqqәti”lәr atamanın hәbsinә göstәriş ver-
dilәr. Kaledin isә bundan xәbәrsiz idi, “Donu ayağa qaldırmaq”
üçün Ust-Medveditskiyә çapıb getmişdi.
Piter әtrafında baş verәnlәrdәn dә xәbәri yoxuydu: alaylar
paytaxta deyil, evlәrә can atırdılar. Hansı gücә sahib olmaq lazım
idi ki, aradan bunca illәr ötәndәn sonra tәzәdәn döyüşmәk üçün
“Donu ayağa qaldırasan?” Hamının çoxdan bildiyi boş şeylәri
qışqırıb boynunun damarlarını şişirdәn qaraşın qoca generalın
isә, elә bir gücü yoxuydu. Seçkin qocalar әl çalıb “Doğrudu!”
deyә bağırırdılar, cәbhәçilәr isә söyüş söyür, fitә basırdılar.
Miqulin tribunaya dartınır, onu buraxmırlar. Miqulin kazak
starşinasıydı, 33-cü Don alayının komandir kömәkçisiydi. Buna
baxmayaraq, kazaklar çiyinlәrini irәli verib onu irәli itәlәyir,
kömәk elәyir, onunçün yol açırdılar. Budur, nitq söylәyir. O,
çıxış etmәyi sevir. Dәfәlәrlә eşitmişәm. İki ildәn sonra, on do-
qquzuncu ilin yayında o, Xüsusi Don korpusunu formalaşdıranda
biz dә eşelonda stansiyadan stansiyaya dolaşırdıq. O, dayanacaqlarda
pәncәrәdәn başını çıxarıb insanları haylayır vә mitinqә başlayırdı.
Yubanmadan, dolaşıb elәmәdәn, insanların damarını tutmağı elә
bacarırdı ki, qaragüruh hәyәcanlanaraq uğultu qoparırdı...
“Vәtәndaş stanitsa sakinlәri! Kazaklar üçün әsas olan nәdi,
nә olub vә nә olacaq... – o, pauza verib, ani olaraq ümumi tәlaş-
dan sanki zövq alıb, qәfil elә qolaylandı ki, sanki kütlәyә qumbara
atırdı, göy gurultusuna bәnzәr bir sәslә: – Kazaklar, azadlıqdan
gedir söhbәt, azadlıqdan! Artıq çoxdandır, iki yüz ildi kazakların
azadlıq adlı nemәtlәri yoxdu, onun barәsindә әngә vermәyi,
çeynәyib çürüyünü çıxarmağı sevirlәr. Azadlıq, azadlıq... Hansı
azadlıqdan danışa bilәrik ki, harda yırtıq varsa, yamağı kazaklardı?
Harda hay-küy qalxırsa, harda qiyam varsa, yanğınsöndürәnlәr
kimi kazakları oraya yollayırlar. Özlәrindәnsә heç nә soruşmurlar.
Bu yalançı “azadlığa” inqilab son qoydu. Yetәr kazaklardan
ümumrusiya şeytanı düzәltdilәr! Öz torpağımızda dinc hәyat,
50