Page 46 - Yuri Trifonov
P. 46
i Trifonov
Dumada Baltik matrosu Qanyuşkinlә “Pravda” qәzeti satıram.
Redaksiyadan nüsxәlәri beş yüz-beş yüz götürürük, axşam pulunu
çatdırırıq. Hәlә çörәk dә әldә etmәk üçün saat yarım növbәdә
dayanıram... Sonra velosiped üçün şәhәr idarәsinә nömrә almağa
vә ya şuradan keçirmәklә order üzrә Qolodaya odundan ötrü
gedirdim, hәr yerdә dә növbәlәr... Ac, qәribә, görünmәmiş bir
zaman idi! Hәr şey mümkün idi, amma heç nә anlaşılmırdı. Şura
gah yoxa çıxır, yapışdırma bığla, özgә ad altında gәzir, hәtta Sa-
moylenko da deyil, başqa bir soyad götürüb, gah yenә dә Vasilyev
adasında komandanlıq edir – milislәri tәşkil edir, silah alır. Konstan-
tin İvanoviç gah hökumәti tәriflәyir, gah da ünvanına әn alçaq
sözlәr işlәdir. O, gizli mühafizә әmәkdaşlarının üzә çıxarılması
komissiyasındadır. Hәyәcanlı, әsәbidi, daim zәnglәr olur, yanına
adamlar gәlir. Gülәrüzlüyü yox olub, solğun barmaqlarını oynatmır
daha, danışanda daha çox ovcunun içiylә hәrәkәt edir. Axşamlar
müәmmalı şәkildә: “Cәnablar, kaş bilәydiniz, torumuza necә bir
durnabalığı düşüb!” kimi xәbәrlәr verir. Axı kim? Kim? Ata,
söylә! Yox, yox, üz vurmayın, aşnalar. Bizdә aşkarlıqdı, amma o
dәrәcәdә dә yox. Qәzetlәrdәn bilәrsiz. Bir nәfәr haqda isә xәbәr
verdi: beletajdan olan bir kirayәnişin, bank işçisi, Petroqradda
mәşhur atçapma oyunçusuymuş. Volodya axşam onun gimnazist
oğlunu güdüb döydü.
Şura deyir: “Onların mәzәlәnmәsi uzun çәkmәyәcәk. Yaya
çıxmayacaqlar. Hamısını pәrәn-pәrәn salacaqlar...”
Doğrudan da, yayın ortalarında Konstantin İvanoviç ruhdan
düşdü, boş yerә hökumәti qınadı. “Axmaqlar! Alçaqlar! Böyük
müharibәni udmaq istәyirlәr, amma xırda mәişәt çәkişmәsindә
qalib gәlә bilmirlәr!” Komissiya buraxılmışdı. Çuğulçulardan
heç kim gәrәyincә cәzalandırılmamışdı. Konstantin İvanoviçin
hәr sәhәr şәstlә minib getdiyi avtomobili hәrbi ehtiyaclar üçün
müsadirә edilmişdi. Siverskdәki köhnә bağ evinә kimsә od vur-
muşdu, ev bütün mebellәriylә, kitablarıyla birgә yanıb külә dön-
müşdü. Konstantin İvanoviç çalışır ki, mәhkәmәyә verib, sığorta
alsın, ay hay! Heç kimin heç nә vecinә deyil, avqust ayıydı, qor-
xunc şeylәr haqda, gözlәnilәn qırğın, kazakların intiqamı barәdә
şayiәlәr dolaşır, bәzilәri sevinir, bir qisim adamlar küyә düşüb,
46