Page 44 - Yuri Trifonov
P. 44
i Trifonov

Kirik Nasonovu hamı yaxşı tanıyır. O, Nikolay Apollonoviç
Priqodanın qardaşı oğlu, Mejev İnstitutunun tәlәbәsiydi. Mәsәlә
Kirikdә deyil. Hamı bir-biriylә mübahisәyә başlayır, mәnsә
kәnarda durmuşam. Elә bil otaqda deyilәm heç. Әslindә bütün
bu vur-çatlasın mәnim ucbatımdandı. Anam pul yığmaq üçün әl
açmağı xahiş etmişdi, axı partiyaya üzv olmaq istәyirәm, bunu
arzulayıram, amma yaş hәddim qabağımı kәsir, әslindә, artıq,
demәk olar ki, haqqım var – yenә dә demәk olar! – Volodya da
Asyayla birgә bekarçılıqdan, dostluğumuz üzündәn mәnә kömәk
etmәyә qoşulmuşdular. Amma pul camını nә Volodya, nә dә
Asya әlinә götürmәmişdi, onlar sadәcә şәhәri mәnimlә birgә
dolaşırdılar.

Yenә dә Volodya gözlәnilmәdәn, tәlәm-tәlәsik, söhbәtin orta-
sındaca, özü öz sözünü yarımçıq qoyaraq otağı tәrk edir, Yelena
Fyodorovna o gedәndәn sonra da Alekseyi yumşaldıb yola gәtir-
mәk vә onları barışdırmaq istәyir, Konstantin İvanoviç bir nömrәli
әmrin ikibaşlı olmasını hәrtәrәfli mühakimә edir, ümumilikdә
isә buna tarixin tәcrübәsi cavab verәcәk, bundan ötrü dörd yüz
ildәn sonra arayış dalınca gәlmәk lazım olacaq – bu zaman әldә
edilmәsi yalnız Yelena Fyodorovnanın әl qabiliyyәtinin bәhrәsi
olan hörmәli piroqdan adama bir dilim iştahayla yeyirik, – mәn
isә fikirlәşirәm ki, deyәsәn, bu evi tәrk etmәyimin vaxtı artıq
çatıb. Onlar sadәcә tәrbiyәli olduqları üçün mәnim başıma heç
nәyi qaxmırlar. Onların mәnә münasibәtdә susmaları vә etdik-
lәri mübahisәyә qoşmamaları elә narazılıq demәk idi. Uzun
müddәt üstündә birgә dayandığımız buz qatı hardasa çat vermişdi,
indi iki hissәyә bölünüb sakitcә aralanırdı. Anamın ürәyinә bu,
lap әvvәldәn dammışdı. “Dayın rayon komissarı olduğuna görә
sәnә orda söz atmırlar ki? Onlar yaxşı adamlardı, amma müәyyәn
hәddә qәdәr. Unutma ki, hәr halda, onlar burjuydular.” Yox, söz
atmırlar. Mәn hiss etmirәm. Axı mәn çox şeyi duymuram.

Yenә qışda Siverskdә olduğu kimi Volodya çıxıb getmәyә
cәhd edir, amma bu dәfә onu saxlayırlar, qoymurlar gedә. Varya
vә Asya çamadanını әlindәn alırlar, Yelena Fyodorovna az qala
göz yaşları içindә yalvarır: “Mәnim balalarım, and verirәm,
şәhәrdә, dünyada nә baş verir-versin, siz dost olaraq qalmalısız.

44
   39   40   41   42   43   44   45   46   47   48   49