Page 40 - Yuri Trifonov
P. 40
i Trifonov

Sәhәrlәr qәfil gecә köynәyindә dәhlizә çıxır vә özünü itirmiş
halda: “Oy, Pavlik! Sәn burdasanmış, unutmuşdum...” O, hәmişә
burda olduğumu unudur. Amma mәn onu bir an belә unutmuram.
Bu evdә qәribә münasibәtlәr var: hamı mehribandı, eyni zamanda
da hamı bir-birinә bir qәdәr laqeyddi. Axşamlar kim hara istәyir,
dağılışıb gedir. Amma bir yerә yığışa da bilirlәr, bәs deyincә kef
elәyir, zarafatlaşır, şitәşirlәr. Konstantin İvanoviç Yelena Fyodo-
rovnanı yüngülcә qızışdırır, Aleksey isә – Volodya vә Asyanı.
Asya vanna otağına girәrәk qapını bağlayıb, Volodya dәhlizdә
canını dişinә tutub oranın haçan boşalacağını gözlәyir, birdәn
Aleksey çәkinib elәmәdәn qapını döyür, hәtta aralayıb: “doğma
qardaşa olar, amma sәn, әmioğlu, zәhmәt çәk, gözlә” deyir. Vo-
lodyanın necә pörtdüyünü görürәm. O, evdә zarafata çox da me-
yil etmәyәn yeganә adamdı. Hәr şeyi hәddәn artıq ciddi vә ağrılı
qәbul edir. Konstantin İvanoviç vә Yelena Fyodorovna, elә Asya
da, Varya vә Aleksey dә şәhәrdә baş verәnlәrә nәinki istehzayla,
hәm dә yarızarafat, yarıqorxmuş halda münasibәt bildirirlәr, bir
sözlә, böyük oyunlardakı kimi. Elәdi ki var! Ürәyiyumşaq vә
dardüşüncәli… Mәn isә elә bil yuxuda ömür sürürәm. Әtrafımda
sәs-küylü, içimi çulğalayan nә varsa, sanki mәni yuxuya verir.
Asyanın artıq on altı yaşı var, mәnim hәlә on beşim tәzә tamam
olub, o, mәndәn getdikcә daha çox qırılır, uzaqlaşır, heç nәyә
ümid yeri qoymur. Budur, onu Alekseyin yoldaşı olan bir tәlәbә
Znamenskdәki “Lanselot” klubunda keçirilәn hansısa “poeziya-
rәqs” axşamına dәvәt edir, Volodyayla mәni ora aparmırlar,
hansısa yunker onu öz atasına mәxsus avtomobildә gәzdirir...
Mәncә, bunlar yayda olmuşdu... Amma martda bitib-tükәnmәyәn
qәtllәrdәn, kütlәvi hәrәkәtlәrdәn, atışmalardan, heyrәt vә dәhşәt
gәtirәn yeniliklәrdәn savayı, heç nә yoxdu. Sarayın barmaqlıqla-
rındakı qartalların hamısını qırmızı parçaya bürüyüblәr. Hәr
yanda qırmızı bayraqlar asılıb. Qalada da qırmızı bayraq dalğalanır.
Polis Departamentindә kağızlar yanır, küçәni kül basıb. Qorodo-
voyların gizlәnib-gizlәnmәdiklәrini aşkarlamaq üçün bütün mәn-
zillәrә, çardaqlara baxış keçirmәkdәn ötrü İqumnovlar yaşayan
mәnzildә Evlәr Komitәsi yaradılmışdı. Konstantin İvanoviç sәdr
seçilmişdi. O, yaxasında böyük qırmızı bant gәzdirir. Oyundu,

40
   35   36   37   38   39   40   41   42   43   44   45