Page 39 - Yuri Trifonov
P. 39
Qoca
deyir”. Ona elә gәlmişdi ki, hәr şey onların xәtrinә edilir. Ağlın
çaşması – onların xәtrinәdi. İndi Qalya yoxdu. Bәs uşaqlar? –
Onlar var, yoxsa yox? Volodya da bir növ uşaqsayağı keçirdiyi
hәmin o qorxudan vә ya belә deyәk, o “zәiflik” anından sonra
dәfәlәrlә mәşum mәqamların öhdәsindәn görünmәmiş cәsurluqla
gәlmişdi. Liqovkada on yeddinci ilin yayındamı? Tәsadüfәn vә
istәmәdәn monarxistlәrin icmasında cәncәlә düşmüşdük. Aptekә
girdik, mәn gәnәgәrçәk yağı soruşuram, әczaçı heç nә demәdәn
bizi arxa otağa aparır, dәhlizin qapılarını taybatay açır, kürәyimizdәn
itәlәyib pıçıldayır: “Pillәkәnlәrlә aşağı! Tez olun, başlayıb artıq!”
Etdiyi çıxış hansısa adlarla, rәqәmlәrlә dolu olan, ehtirasla danı-
şan, hәlә qәzәblә: ”bu satqınlar!”, “xain rus xalqı”, “qondarma
hakimiyyәt” deyәn ucaboylu bir cәnabı zirzәmidә qırx nәfәr diq-
qәtlә dinlәyirdi. Әgәr biz aptekdәn sadәcә gәnәgәrçәk deyil,
onun o biri adını – kastorkanı soruşsaydıq, dәrman qutusunu ve-
rәcәkdilәr, rahatca çıxıb gedәcәkdik. Sәn demә, “gәnәgәrçәk
yağı” parolmuş. Belә qan qoxulu cәfәng işlәr ancaq hәmin gün-
lәrdә ola bilәrdi. Kornilov hәlә çıxış etmәmişdi, amma kimlәrsә
bunu bilirdi vә gözlәyirdi. Az qaldı zirzәmidә bizi güllәlәsinlәr,
Volodya lampanı sındırdı vә qaranlıqda aradan çıxdıq...
Martın ilk günlәriydi. Sәrxoş bahar... qarın qaralaraq әriyib
getmәkdә olduğu Petroqrad prospektlәrindә minlәrlә insan kütlәsi...
Volodya, Asya vә mәn – üçlükdә sәhәrdәn axşamacan veyillәnirdik...
Hamıdan vә hәr şeydәn tam azad idik! Mәktәbә getmәmәk olar,
orada hәr tәrәfdә mitinqlәrdi, seçkilәr, “mәktәbli konstitusiyasının”
müzakirәlәri gedir, Nikolay Apollonoviç böyük islahatlar haqda
mühazirә söylәmәk әvәzinә, Fransa inqilabından danışır, dәrsin
sonunda biz “Marselyoza”nı fransızca әzbәrlәyirik vә onun
gözlәri yaşarır. Anam günlәrini mәlum deyil harada keçirir; gah
hәr cür siyahıların, proqramların, platformaların çap olunduğu
nәşriyyatda, gah Tavriçeskdә olur, gah da dәnizçilәrin yanına
gedir, mәn onu heç görmürәm, buna görә dә tez-tez evdә gecәlә-
mirәm, çünki anam evә gәlmir. İqumnovlarda qalıram, Volodyanın
otağındakı taxtda yatıram. Orda çox rahatdı. Bütün gecәni
Volodyayla söhbәt edir, ya da şahmat oynayırıq. Asya da yaxı-
nımdadı – divarın o üzündә. Zülm dә elә bundadır.
39