Page 34 - Yuri Trifonov
P. 34
i Trifonov

Volodya tәntәnәli surәtdә qәfәsi hәyәtә çıxarır vә elmin baş tut-
mamış qurbanını hamının gözü önündә azadlığa buraxır. Tәsirli
andı! Olqa Vasilyevna xüsusilә hәyәcanlıdı, biz dә anlamağa
başlayırıq ki, mәsәlә tәkcә siçovulda deyil, nәsә daha vacib şey-
lәrdәdi. Sonluq bir qәdәr ovqatımızı pozdu: azadlığa çıxan bizim
Fenya heysiz-heysiz oyan-buyanı dinşәyәnә kimi, hәyәtdә bir
pişik qaçaraq onu qapıb apardı...

Siverskdә qış idi, şam ağaclarından quru qar bulud kimi
tökülürdü, fin xizәklәri enişdә sürәtlә gedib döngәdә çevrilirdilәr,
buna görә gәrәk tutacaqlardan möhkәm yapışaydın, meşәbәyi
Matisenin bağ evinin eyvanında isә bәrq vuran boyalı buz
çәllәklәri qoyulmuşdu... Üçüncü qışdı ki, Matisengillәrdә yaşayırıq.
İqumnovalar da bizdәn bir qәdәr aralıda olurlar. Onların öz evlәri
var. Asya döngәdә fin xizәyinin oturacağından sürüşüb yıxılır,
mәncә, bu xizәklәrә onlar “pottkuri” deyirlәr, hә, o, “pottkuridәn”
başı üstә qar qalağının içinә yıxılır, mәn dә o biri tәrәfdәki qalaqda
çapalayıram. Buz tutmuş yol şüşә kimi parıldayır. Asyanın qırmızı
şapkası uçub uzağa düşmüşdü, İsveç mağazasından idman etmәk
üçün alınmış, “sviter” deyilәn ağ-qara zolaqlı gözәl vә qalın
furaykası bütün qar içindәydi vә o, dәli kimi uğunub gedirdi...
Onun gülüşü hәrdәn mәni qorxudur. Mәnә elә gәlir, o, kimdәn
ötrüsә, nәdәn ötrüsә gülür... Buz çәllәklәrini isә bu cür düzәldirlәr:
rәnglәnmiş suyu qaba töküb içinә ip salırlar... Asyanın atası Kon-
stantin İvanoviç maşın almışdı, amma qışda Siverskә gәlmәk
tәhlükәliydi, bir dәfә batmışdı, ata qoşub çıxarmışdılar. Deyirlәr,
Siversk әtrafında Qribov soyadlı bir fәrarinin quldur dәstәsi
dolaşır, neçә aydı onu tuturlar, tutub qurtara bilmirlәr amma. Bu,
necә qışdı axı? Milad tәtilidi, anam artıq statistika idarәsindә
deyil, nәşriyyatda korrektor işlәyir, işdәn ötrü Piterә yollanmaq
lazımdı, ağır bağlamaları gәtirmәk gәrәkdi vә mәn stansiyaya
onu qarşılamağa gedirәm. Hәm dә ona görә ki, “Qribov soyğun-
çuluq edir”. Heç kim bu Qribovu canlı olaraq görmәyib, amma
haqqında olmazın dәhşәtli yalan-palanlar danışırlar. Deyirlәr,
Qribovun xüsusilә faraonları1, maliyyә qulluqçularını vә liflyand2

1faraon – çar Rusiyasında qaradavoylara verilən ləqəb
2liflyand – qədim fin-baltik xalqı

34
   29   30   31   32   33   34   35   36   37   38   39