Page 33 - Yuri Trifonov
P. 33
Qoca
O, gerçәkdәn mәni tez-tez heyran elәyir. Onun atacağı
addımları qabaqcadan duymaq mümkün deyil. Hәlә mәktәbi bir-
birinә vurmuş siçovul mәsәlәsini demirәm. Birgә tәhsil almaq
üçün әla bir mәktәb vardı, bәxtim gәtirmişdi. Vasilyev adasında,
yәqin, bütün Piterdә bu, әn yaxşı mәktәb idi, onu Nikolay Apol-
lonoviç Priqodanın adıyla “Priqoda mәktәbi” adlandırırdılar, o,
hәm bu mәktәbin yaradıcısı, direktoru, tәşәbbüskarı, hәm dә
Tomas Mor vә Kampanellanın pәrәstişkarıydı, özü tarixdәn,
arvadı Olqa Vitalyevna biologiyadan dәrs deyirdi. Qәribә insanlar
idilәr! Onları mәktәbdәn vә şagirdlәrindәn başqa, heç nә maraq-
landırmırdı, heç nә istәmirdilәr. On yeddinci ilin fevralından
sonra tәtbiq edilmiş mәktәb şurası Priqoda mәktәbindә xeyli
irәlidәn mövcud idi. Hәr şey sәsvermәylә hәll olunurdu. Olqa
Vitalyevna siçovul gәtirmәyi xahiş etmişdi, onu yararaq anatomiyanı
öyrәnmәk lazım idi. Kimsә söz vermişdi, uzun müddәt bu, ona
müyәssәr olmamışdı, nәhayәt, tutub gәtirmişdi. Bütün mәktәb
bilirdi ki, hәmin gün bizim sinfimizdә diri bir siçovul kәsilәcәk,
tutan oğlan onu qәfәsdә gәtirmişdi vә nәdәnsә onun adının Fen-
ya olduğunu demişdi. Kәsmәyi dә hәmin oğlan özü boynuna gö-
türmüşdü. Qәflәtәn dәrsimizә başda Volodya olmaqla, yuxarı
sinif şagirdlәrinin nümayәndәlәri daxil oldular.
“Biz istәmirik, mәktәbimizdә canlı varlığı öldürsünlәr. Fenyaya
yazığımız gәlir.” Bәzilәri: “Yazıqdı!” qışqırırdı, bәzilәri dә:
“Kәsmәk lazımdı!” Dәhşәtli bir öcәşmә başlayır. Xatırlayıram,
Olqa Vasilyevna bu öcәşmәni bir az da qızışdırdı. Siçovulun
adının Fenya olmasının bәyan edilmәsi hәlledici olur. Siçovul
artıq sadәcә siçovulluqdan çıxıb fәrdiyyәtә çevrilir. O, diqqәtә
alınır. Özünü әsl Fenya kimi aparır. Yığıncaqda alovlu nitqlәr
söylәnir, taleyinin necә hәll edilmәsi haqda qәrarı tәvazökarlıqla
gözlәyәn siçovulu yaddan çıxarıb elm, tarix, başkәsәn gilyotin,
Paris kommunası haqda fikirlәr söylәyirlәr. “Böyük mәqsәdlәr
qurban tәlәb edir! Amma qurbanlar bununla razı deyillәr! Siz
bunu siçovuldan soruşun! Siz onun lal-dinmәz olmağından istifadә
edirsiz, o danışa bilsәydi, cavabınızı verәrdi!” Nәhayәt, sәs ver-
mәk qәrarına gәlirik. Sәsvermәdә tәkcә bizim sinif iştirak etmirdi,
siçovul mәsәlәsi bütün mәktәbi silkәlәmişdi. Siçovul әfv olundu.
33