Page 32 - Yuri Trifonov
P. 32
i Trifonov

qәyyumluğumda olan var, lal-dinmәzin biridi, heç nә xatırlamaq
istәmir, qaşqabaqlı halda: “Canlı olanı vururlarsa, bunu tәsvir
etmәyin nә mәnası?” deyә dodağı altında deyinir. Әvәzindә
Qubanov diribaş vә çalışqandı, demәk olar, bir neçә sәhifәni
özü yazıb. Oxuduqca, bir әliylә sәhifәlәri çevirir, o biri әliylә
dizinin üstündә otuzdurduğu Asyanı qucaqlamışdı. Görürәm ki,
Asya özünü naqolay hiss edir, utanır, o, artıq balaca qız deyil,
yetkindi axı, “qızlar bulağı”ndan su içib axı vә indi o, әsgәr
Qubanovun әlindәn qurtulmaqdan ötrü nәzakәtlә cәhdlәr göstәrir,
amma heç nә alınmır. Qubanov onu tutub möhkәmcә saxlayır.
İlk sәhifәlәrdә döyüş, yaralanma sәhnәsi, sәngәrәcәn necә
yüyürmәsi tәsvir olunub, orada ştabs-kapitanın miskin sәslә
ondan: “Yaralısan, qardaş? Sarığın, bintin hanı?” kimi vә buna
bәnzәr şeylәr soruşması yer alıb. Gәrginlik içindә fikirlәşә-
fikirlәşә Asyaya baxıram: görәsәn, ona necә kömәk edim? Әsgәr
Qubanova nә deyim axı? O, qәhrәmandı, Asya da onun xәtrinә
dәymәk istәmir. Qәhrәman olsa da, heyvandı. Ona nifrәt elәyirәm.
Sonra o, yaralıları Petroqrada necә gәtirmәlәri haqda, burada
hәr şeyin – tramvay, hospital, şәfqәt bacıları, yumşaq döşәklәr,
bәyaz mәlәfәlәr vә dәsmalların necә xoşuna gәldiyi barәdә
oxuyur. “Bizi çox yaxşı, çox yaxşı qәbul etdilәr. Sәhәrlәr şәfqәt
bacıları yanımıza gәlib salamlaşırdılar. Hәlә onu da yada salmaq
istәyirәm ki, bizi hamamda yaxşıca çimizdirdilәr. Çimib çıxandan
sonra bizә tәmiz tuman-köynәk, corab geydirirdilәr.” Mәncә,
bütün bunlar gic-gic şeylәrdi vә bizim jurnala yaramaz. Amma
hamı dinlәyir, yaralılar da qulaq kәsilib, Qubanovsa oxumaqda
davam edir vә Asyanı qucan sağ әli onu gah sığallayır, arabir dә
astadan şappıldadır, elә bil bu qız ona mәxsusdu. “Oktyabrın
doqquzunda isә yanımıza yüksәk bir qurumun kitab anbarından
bir adam gәldi – deyә Qubanov oxuyur, yazının qurumla bağlı
yerini xüsusi vurğulayır – bizә Zәbur vә İncil bağışladı... ”

Birdәn Volodya çarpayıda Asyanı dizlәri üstünә alaraq oturmuş
Qubanova yaxınlaşır, onun qızı qucaqlayan әlini sәssizcә aralayır.
Canını qurtarmış Asya sıçrayaraq ona әziyyәt verәn adamdan
kәnara durur. Әsgәr Qubanovsa guya heç bunu duymur, oxumağa
davam edir. Volodya adamı heyran edir: doğrudan da, elә anlar
olur ki, söz demәk yox, sakitcә yaxınlaşıb hәrәkәt etmәk lazımdı.

32
   27   28   29   30   31   32   33   34   35   36   37