Page 31 - Yuri Trifonov
P. 31
Qoca
dәrin dostluq tellәri bağlayırdı. Mәnә elә gәlir, burada qeyri-adi
bir şey yoxuydu. İki nәfәr çox yaxşı adamın dostluğuydu bu.
Hәyatda çox nadir hadisәydi! Buna uzun müddәt inanaraq arxayın
oldum. Mәni daha çox әsgәr Qubanov narahat edirdi. Yaddaşı
eşәlәdikcә hәr şeyi tapırsan vә mәlum olur ki, heç nә itmәyib.
Yaddaş üstünü toz örtmüş gәrәksiz әşyalar anbarıdı, mücrüdü,
rәfdi, götürüb çölә atanacan saxlanılan köhnә ayaqqabılar doldu-
rulmuş sәbәtdi, qulpu qırıq çamadanların, cır-cındırların, çәtirlәrin,
şüşәlәrin, albomların, mәftil qırıqlarının, tay әlcәklәrin vә qalın
tozun – zaman tozunun yeridi. Budur, hәyatımın kandarından
adlamış bir әsgәrin soyadı qalıb yaddaşımda. Suvalka yaxınlığında
yüngül yaralanmış әsgәr Qubanovu deyirәm. O, ağlagәlmәz toz-
lar altında almaz kimi qalmaqdadır.
22-ci xәtdәki hospitala artıq birinci dәfә deyil ki, gedirik.
Beşinci mәrtәbәdә öz palatamız var. Hәdiyyәlәri – alma, konfet,
papiros, quru çay, kağız vә karandaşları kisәdә aparırıq. Beşinci
mәrtәbәnin dәhlizindә görünәn kimi, әsgәr Qubanov qışqırır:
“İthafçılar gәldi! Yazanlar gәldi!” O heç cür anlaya bilmir ki, biz
tәkcә ithafçılar, yazanlar yox, hәm dә canı qızanlarıq, baş
çәkәnlәrik. “Ey, sarışın qız! Anyuta! Әzizim! – deyә Qubanov
boğazını yırtır. – Bura gәl, qızım!” O, sırtıqcasına iri qollarını
uzadıb Asyanı qamarlayır, özünә sarı çәkәrәk doğma bir ata kimi
dizlәrinin üstünә alır. Qәribә nә var ki? Asya hamıdan gülәrüz vә
gözәldi. O, әsrimiş, boy-buxunlu, әrgәn vә sarışındı, Piterin
solğun xanımları kimi deyil, әsli şәhәrqırağındandı, özü dә südçü
qızıdı, kirpiklәri dә bәmbәyaz. Asyanın gözәlliyinә, mәsәlәn,
kraliça Viktoriyanın şәkli olan ilk ingilis markasının dәyәrinә
şübhә etmәdiyim kimi әmin idim. Әlbәttә, insanlar bu gözәlliyi
görür vә ona әl uzadırlar. Mәn bunu qoruya bilmәrәm, çünki
haqqım yoxdu. Nә ixtiyarım var axı? Belә götürәndә, әsgәr
Qubanov da pis iş tutmur, onun әmәlindәki iyrәncliyi sadәcә
mәn hiss edirәm – bunu hamı da duyur.
Әsgәr Qubanov Asyanın kömәkliyi ilә bir neçә gün әrzindә
yazdığı “Suvalka әtrafında döyüş” başlıqlı yazısını ucadan oxuyur.
Biz jurnal nәşr etmәyi nәzәrdә tutmuşuq, hәrәmiz bir yaralıya
xatirәlәrini yazmaqda kömәklik göstәrmәliyik. Mәnim dә
31