Page 30 - Yuri Trifonov
P. 30
i Trifonov

istәyir baxır – bircә mәnә yox. Yaxınlığında olsam da, sanki
bunu duymur, әlcәkli әliylә hәrdәn hissiz olaraq mәnim әlimә to-
xunur. Ona daha da yaxınlaşaraq yanıyla getmәyimә heç bir
maneә yox idi, çünki hamı bilirdi ki, mәn Volodya ilә dostam,
onlarsa әmioğlu-әmiqızıdılar. Amma eyni evdә, eyni mәnzildә
yaşayırlar, Volodya İqumnovlar ailәsinin oğlu kimiydi. Onun
anası Kamışinedә, atası isә xaricdәdi, amma bilmәk olmur
hardadı, haqqında danışmırlar, olsun ki, Volodyanın anasını, –
yәni Yelena Fyodorovnanın bacısını atıb, bәlkә dә, o, bir anarxist
idi, qaçqın idi, xatırlayıram ki, onun barәsindә ötәri: “Başının
üstündә Tanrısını görmәyәn adam” deyirdilәr. Mәnim Volodyaya
meylim sadәcә dostluqdan irәli gәlmirdi, haqqında heç vaxt
söhbәt açmayacağım hәmin bu qeyd etdiyim ümumi vәziyyәtdәn
qaynaqlanırdı. Atasızlıq hissi yaşayırdım. Amma haradasa atam
vardı. Onun da anasının başına nәsә iş gәlmişdi. Mәnә әziz olan,
baş çәkmәyi sevdiyim, adamdan ötrü әldәn-ayaqdan gedilәn,
hay-küylü, rahat, xeyirxah, hamının bir-biriylә zarafat etdiyi
İqumnovların evindә Volodyanın hәyatı bәzәn mәnә bütün
tәfsilatıyla aydın olurdu. Bu evdә şәxsi әylәncәlәri üçün “pul-
pul”, “söz oyunu” kimi cürbәcür nәşәli mәşğuliyyәtlәr düşünüb
tapırdılar, ya da qәfil, görürdün gildәn fiqur düzәltmәyә qurşanırdılar,
әllәri palçıqlı gәzirdilәr, otaqların döşәmәlәri bulaşırdı, evdәn
yaş gips qoxusu gәlirdi, hamı cidd-cәhdlә bir-biriylә yarışırdı,
evdә müsabiqә tәşkil olunmuşdu vә Konstantin İvanoviç mәşhur
bir heykәltәraşı münsif kimi buraya dәvәt etmişdi, o da gәlib
qulluqçu Mildanın yaratdığı mәnasız bir fiquru әn yaxşı iş kimi
dәyәrlәndirmişdi. Tәxminәn ata vә ana hәddindә qayğı duyduğu
bu evdәkilәr Volodya üçün, demәk olar ki, doğmaydı. Bura sanki
onun öz mәnziliydi. O da mәnim kimi bu “demәk olar ki”lәrdәn
әzab çәkirdi. Volodya vә Asya arasında qeyri-adi mehribançılıq
vardı. Әgәr Asya Varya ilә, iki bacı arasında olduğu kimi, tez-tez
bekarçılıqdan, boş-boş şeylәr üstә dalaşırdısa, bәzәn üz-gözlәrini
turşudub lap yüngül qovğaya da çıxırdılarsa, – hәtta mәn bir dәfә
onların yelpiklә bәrkdәn yox, amma hәvәslә bir-birlәrini necә
döydüklәrinin dә şahidi olmuşdum, – ancaq o, böyük qardaşı
Alekseydәn yan dururdu. Volodyaylasa, onu tamamilә ağlasığmaz,

30
   25   26   27   28   29   30   31   32   33   34   35