Page 25 - Yuri Trifonov
P. 25
Qoca
düymәli paltosunda görünüşcә rahibәlәrә oxşayır. Varya iyrәncdi,
saxtadı, heç vaxt ondan xoşum gәlmәyib. Yelena Fyodorovna
tanış edir: “Vikenti Vasilyeviç әdәbiyyatçıdı, uğursuz nәsil şәcәrәsi
ucbatından işsizdi... Pavel bizim Peterburqdan dostumuzdu, indi
komissar işlәyir... Yeri gәlmişkәn, kömәk edә bilәr... Komitәlәrdә
güclü әlaqәlәri var... Düz demirәm, Pavel?”
Yenә acıdillik. Miskinlik vә çarәsizlik. Varyanın әri mәndәn
bir az böyükdü. Mәnim kimi solğun çöhrәli vә arıqdı; bütün
görünüşüylә özgә bir alәmin, özgә bir yaş hәddinin adamı
olduğunu hiss elәtdirir. Saqqalı, bığları, sakit sәsi var, baxışları
kişi baxışına bәnzәmir – süzgündü, axıcıdı. Sakit sәslә: “Tәşәkkür
edirәm, narahat olmayın. Öz vәziyyәtimdәn tam mәmnunam” –
söylәyir. “Siz necә mәmnun ola bilәrsiz axı? – deyә Yelena Fyo-
dorovna ucadan deyir – Çörәk almağa pulunuz yoxdu! Ayağınızın
ayaqqabısı yoxdu!” – “Varyayla nәyimiz varsa, bәsimizdi. Heç
kimdәn heç nә dilәmirәm. Öz içinin sәsinә qulaq asmağı bacaran
insanın ehtiyacı olmur ki...” – sonra o, Lev Tolstoyun xatirәsinә
yaradılmış hansısa Gerçәk Azadlıq Cәmiyyәti haqda tolstoyçuların,
möminlәrin moizәsinә oxşayan, yaxşılıq etmәk, özünün yenicә
mühazirә oxuduğu Azad Dini Bilik kursları, elәcә dә, ya Rәbbim,
hansısa yeni tәsis edilmiş “Zorakılıq әleyhdarlarının müdafiәsi
bürosu” barәdә sәrsәmlәmәlәrә bәnzәyәn qәribә şeylәr uydurur-
du.
“Siz sovet idarәlәrinin kandarını yağır etmisiz? Sizә imtina
ediblәr? – deyә Yelena Fyodorovna kürәkәninә qәzәblә baxaraq
çığırır. – Yoxsa siz bunu da inkar etmәk istәyirsiz?”
“Hә, kandarları yağır elәmişdim – amma sizdәn ötrü elәmişdim”. –
“Demәli, mәndәn ötrü elәmişdin, hә? Bәdbәxt insan, bәs bu gün
nә yemisiz?” Qәribә adam izah edir: kursda qonorar әvәzi bir
boşqab yarma sıyığı vә bir fincan da kofe veriblәr.
Bu ara atışma daha da güclәndi. Mәrmi yaxınlıqda partladı,
qonşu otağın şüşәlәri çiliklәnib sәpәlәndi. Mәn buradan çoxdan
qaçmalıykәn lәngiyirәm. Denikinçilәr şәhәrdәdir – bu cür bir
vәhşilik tәsәvvürümә belә gәlmir. Axı cәbhә uzaqdadı. Denikininsә
vәziyyәti qibtәedilәsi deyil. Başına macәra açmaq nәyinә lazımdı
axı onun? Amma risk etmişdi, general Qnilorıbov cәbhәni yararaq
25