Page 22 - Yuri Trifonov
P. 22
i Trifonov

üzü parıltılı sәhra dәftәrçәsi hәmişә onun yanında olur... ”
Neylәmәli? Dodağımın altında mızıldanıram, deyinirәm. O, heç
nә bilmәmәlidi. Dәhşәtә gәlәr. Pis olan odu ki, anası qapının
yanında dayanıb, şişkin vә qıyıq gözlәrini üzümә zillәyib, elә bil
mәni nişan alıb, indicә çaxmağı çәkәcәk. Bu, mәnә qәtiyyәn
tәsir etmir. Bir halda ki susuram, qorxuram, anası başa düşüb,
bәlkә dә, baş verәnlәrә sevinir. Yalanlarıma davam edirәm. Sonra
mәnә bunları Balaşovoda mәhkәmә katibi tәyin olunmağım kimi
bağışlamayacaqlar.

O anlamırdı ki, mәn hәmişә bacardığımı, hәm dә bacardığımın
әn yaxşılarını etmişәm. Yәni gücüm çatanların әn yaxşılarını. Vә
praktiki olaraq imkan düşәn kimi ilk dәfә mәn bәraәt uğrunda
mübarizәyә başlamışam. Hәm dә o dönәmdә, әlli il bir mәhkәmә
katibi kimi nәyi bacarmışamsa hәyata keçirmişәm. Mәn onun
vәkillә görüşünü tәşkil etmişәm. Bәs Asyanın onunla sonuncu
görüşünü? Bütün bunlardan sonra o, hәlә tәәccüb dә edir: “Başa
düşә bilmirәm, niyә mәhz sәn yazmalıydın?”

Qәribәdir ki, mәn onu uzun müddәt sevmişdim. Amma o,
mәni başa düşmürdü. Başa düşülmәmәyimi sezәrәk iztirab
çәkirdim vә uzun müddәt bu hissdәn xilas ola bilmәdim. Hәtta
Qalyayla bir araya gәldiyim dönәmlәrdә belә, ilk illәr biz
Novorossiyskdә yaşayırdıq, onu heç vaxt unuda bilmirdim... Heç
vaxt özüm ondan ayrıla bilmirdim. Elә o zaman da Rostovda,
şaxtalı fevralda, hәr şeyi dediyim, aldatdığım vә başqasının hәs-
rәti çәkilәn, anasının mәni görmәyә gözü olmayan o mәnzildә
heç bir işim olmaya-olmaya, özümü çıxıb getmәyә mәcbur edә
bilmirdim. Kifir, arıq, qırxıq başında saçları cücә tükünә oxşayan,
mәndәn ötrü deyil, başqasından ötrü gözlәri ölümcül qorxu içindә
olan, poçtalyona, teleqraf dirәyinә baxırmış kimi üzümә kәskin
vә boşuna baxdığı üçün içimi yandıran tәәssüf әl-ayağımı yanıma
salır, mәni yerә mıxlayırdı. Qurğuşun ayaqlı bir şahmat fiquru
kimi yerimdәn tәrpәnә bilmirdim. Sanırdım ki, hәlә nәsә deyilә,
nәsә baş verә bilәr. Mәni qovmağa gәlincә, demәliyәm ki, onlar
son dәrәcә yaxşı tәrbiyә görmüş insanlardı, Yelena Fyodorovna
çaydanı gәtirir, isti vә anlaşılmaz dadı olan qatı nәsә içirik.
Gәtirdiyim bir parça donuz piyi Yelena Fyodorovnanı azacıq
yumşaldır.

22
   17   18   19   20   21   22   23   24   25   26   27