Page 19 - Yuri Trifonov
P. 19
Qoca

Әslindә heç nә görüb götürmәmişәm. Bütün bunlar bir anlıq
ağlın dәrk etdiyi dәhşәtdәn doğan sәrsәmlәmәlәrdi, budur,
dizlәrim, doğrudan da, ölçüyәgәlmәz ağırlıqdan qatlanır,
qulaqlarımda isә bütün hirsin-hikkәnin fövqündә duran bir sәs:
“Hamısını canavar kimi güllәlәyin!” hayqırtısı cingildәyir.

Bu zaman Miqulinin qәrargahının adamları yüyürüb gәlir,
onun özü isә boz yapıncıda yetirir özünü, qaçmaqdan tәngnәfәs
olub, sinәsi xırıldayır, irәliyә soxulanların hәrәsini bir tәrәfә itә-
lәyir. Şura da onunladı. Miqulin qucağımdakını mәndәn dartıb
alır, bunu hökmlә, kobudcasına edir, yapıncısını döşәmәyә sәrib,
qadını ona bükür. Bu vaxt onun üzündәn, qәddar hәrәkәtlәrindәn
ilk dәfә anlayıram ki... Bәdbәxt Volodya! Amma Volodya yoxdu.
Elә hәmin gecәdәn yoxdu.

İşığı yandırdılar. Baxışla deyil, inildәmәklә deyil, hәyatın
geriyә hıçqırıqla necә dönmәsi ömürlük yaddaşıma yazıldı...

Bu, on doqquzuncu ilin fevralı, Şimali Don, Mixaylinski
stanitsasıydı. Miqulin iki kavaler diviziyasıyla krasnovçuları
cәnuba qovurdu. Cәbhә iki yüz verstә qәdәr cәnubdaydı. Filippovun
bandası haqda xәbәr tutan Miqulin isә Mixaylinskiyә dörd yüz
nәfәr süvariylә çapıb gәlmişdi. Hәm dә bir neçә saat gecikmişdi.
Solyonıda gecәlәmәsәydik, biz dә Şura ilә indi qarın üstündә al
qanın içindә uzanmışdıq. Aralarında 4-cü latış polkundan dörd
latış vә üç Piter fәhlәsi, yerdә qalanı isә yerli sakinlәr olmaqla
Volodya vә on sәkkiz nәfәr İnqilab Komitәsi üzvü hәyәtdә bir-
birinin üstünә sәrәlәnmiş haldaydı, әl-ayaqlarını nizamsız şәkildә
necә gәldi uzatmış, artıq donmuşdular. Hamısı ayaqyalın idi. Ölü
üzlәr qırov bağlamışdı, çılpaq, codlaşmış ayaqlar da elәcәydi vә
qar üstünә tökülmüş qan lәkәlәri tutqun rәng almışdı. Şaxtada
qanın ürәk bulandıran qoxusu dolaşırdı. Basqın gecәyarısı olmuş-
du. İnqilab Komitәsindә olanların hamısını doğramışdılar. Orada
gecә-yarısına kimi oturub girovlarla bağlı qızğın mübahisә
edirdilәr, düzdü, Şurayla mәn aralarında olmasaq da, bütün hәftә
boyu höcәtlәşmә getdiyini bilirdik. Yetmişә yaxın adam qazamata
salınmışdı. Filippov onların hamısını azad etmişdi. İnqilab
Komitәsindәn olanların qollarını burub hәyәtә çıxarmış, kazak
qaydalarına tam uyğun bir şәkildә doğramışdılar...

19
   14   15   16   17   18   19   20   21   22   23   24