Page 20 - Yuri Trifonov
P. 20
i Trifonov
Qadın danışırdı ki, qәtliam on dәqiqә çәkdi, insan bağırtısına
bәnzәmәyәn sәslәr eşidilirdi. Yetmiş sәkkiz yaşlı qoca kazak
Mokeiçi heç bir tәqsiri olmadan, sadәcә İnqilab Komitәsinin
daxmasında oturub mürgü döydüyü üçün tәlәsik öldürdülәr. Vә
bir piterlinin hara getsә özüylә apardığı on üç yaşlı oğlunu da
elәcә. Görürәm, atasının yanında, onun çılpaq ayağını qucaqlayaraq
yıxılıb qalıb. Hamısının çәkmәlәrini çıxarıb aparıblar. Budur,
Volodya kәsilmiş boğazını әliylә sıxmış haldadı. Açıla qalmış
ağzı eybәcәr şәkildә çәplәşib, nәdәnsә Volodya özünә oxşamır,
amma donuq gözlәrindә ümidsiz heyrәti hәmişәlik hәkk olub...
“Axı günahsız insanları mәhkәmәsiz, istintaqsız necә öldürmәk
olar?” Deyirlәr, adamları yortanlar, yәni İnqilab Komitәsindәkilәri
qılıncdan keçirәnlәr Filippovun azad etdiklәriymiş. Bu girovlar
bimirdi ki, Volodya onların müdafiәsindә necә dayanmışdı,
bundan ötrü Şiqontsev, Bıçin vә İnqilab Komitәsindәn olan
digәrlәri yazığın üstünә necә hücuma keçmişdilәr, ona necә
yarlıq yapışdırır, qara yuyub ağ sәrirdilәr, onu menşevik, “miskin
ziyalı” adlandırırdılar, hәlә Şiqontsev demişdi ki, әgәr Volodya
tәcrübәsiz “südәmәr” olmasaydı, on sәkkizinci ildә Rostovda
köhnә dostu olmuş katorqaçı Yeqoru menşevikcәsinә ağlayıb-
sıtqamağı yaydığı üçün mәhkәmәyә verdiyi kimi onu da mühakimә
etdirәrdi. İndi isә, budur, boğazı kәsilib, ölü gözlәrindә heyrәt
var. Mәn onun taleyindә hәmişә qan vә gözlәnilmәzliklәr dolu
faciәni duyurdum. “Öldür dә başa düşә bilmirәm, mәhkәmәsiz,
araşdırmasız, yalnız kazak zümrәsinә mәnsub olduğuna görә
necә ola bilәr axı...” – “Bax, sәnin kimilәrin üzündәn inqilab
mәhv olur!” – “Sәnin kimilәrin üzündәn!” – “Yox, sәnin kimilәrin!”
Onun iki xüsusiyyәti vardı: heyranlıq vә inadcıllıq. Bolşeviklәrә
dә qәfil onların ideyalarına heyran olduğuna görә qoşulmuşdu.
Hәr ikisini sevirdim: onu da, Asyanı da. Uşaqlığım onlarla birgә
keçmişdi. Budur, Volodya boğazı kәsilmiş halda uzanıb, Asyanı
isә isti evә apardılar, demәli, yaşayacaq, Miqulin onu öz yanına
alacaq vә o, bu adamın arvadı olacaq.
Sonra isә görün nә baş verdi: bir il keçdi, Rostovda, Sadovıdakı
bir evin yöndәmsiz, soyuq, yaşayış üçün yararsız görkәmi olan,
pәncәrәlәrinin sınıq şüşәlәri yerinә fanerlәr vurulmuş yarıqaranlıq
20