Page 21 - Yuri Trifonov
P. 21
Qoca

zalındaydım, küçәdә bu yerlәrә xas olmayan dәhşәtli şaxta vardı,
qonşu otağın qapısı önündә dayanmışdım, oradan Asya gәlmәliydi.
Nәsә qızdırırdılar deyә oradan tüstü çıxırdı. Asyayla birgә Yelena
Fyodorovna da göründü. Dәfәlәrlә onların Piterdәki evindә
olmuşdum, çuqun cәngavәrin bürünc asma üzәrindә lampanı
saxladığı qonaq otağında çay içmişdim, süd qoxusu gәlәn,
evdәdüzәlmә dondurma yemişdim vә Yelena Vladimirovna mәnә
Pavlik deyә müraciәt etmişdi. Onun әynindә palto vardı, başına
çalmaya oxşar nәsә ağ bir şey sarımışdı. Demәk olar ki, onu
tanımaq olmurdu. Baxışları o qәdәr soyuq idi ki, iliyimә işlәyirdi.
O, içәri dәvәt etmәdi, “Salam, Pavlik!” demәdi, sәtәlcәmli
kirpiklәrini qırpa-qırpa acıqla baxırdı, ya xәstәydi, ya da ağlayırdı –
ayırd etmәk olmurdu, qәti şәkildә bildirirdi: “Qızımı rahat buraxın.
Onu әlә salıb tәhqir etmәyin”. O, lap çoxdan mәnә “sәn” deyә
müraciәt edirdi. Qapını üzümә örtmәk istәdi. Amma macal tapıb
ayağımı arasına qoya bildim. Vә qışqırdım: “Asya!” Tüpürüm
hәr şeyә, vecimә deyil. Hәr şeyi unutmuşam. Yelena Fyodorovna
kimdi ki? Mәndәn hәr şey uzaqlaşır: göz yaşları, nifrәt, daha
Pavlik çağırılmamağım, “siz” deyә müraciәt olunmağım da elәcә.
Mәnә Asyanı görmәk lazımdı, çalmanın üstündәn bәrkdәn
çığırıram: “Asya, sәn burdasan?” Evin dәrinliyindәn tanış olmayan
bir sәs cavab verir: “Hә!” Mәnә elә gәlir ki, bu, kişi sәsidi.

Ona çatdırmalıydım ki, ötәn gecә Boqayevkada Miqulin
bütün qәrargahıyla birlikdә hәbs edilib. Asya yastığın üstünә
qalxıb boynunu uzatdı, yatalaqdan sonra başı qırxılmışdı, tüklәri
cücә tüklәrinә oxşayırdı, gözlәri tәlaşla dolmuşdu. “Boqayevkada
nә olub? Bir şey baş vermәyib?” Mәnim sifәtimdә hәr şey yazılıb.
Amma dilim dönmür vә yalan danışıram: “Heç nә olmayıb, sәnә
salam göndәriblәr, sağlamlığından yana narahatdılar... Belә!”
Çantamdan yumurta vә bir parça donuz piyi çıxarıram. “Mәktub-
filan da yoxdu? Necә ola bilәr axı? Doğrudanmı heç nә yazmayıb?”
Bax mәn bunu gözlәmirdim. Aldatmaqda davam edirәm: onun
bir dәqiqә dә olsun boş vaxtı yoxuydu. Ümumiyyәtlә, әlinin
altında heç nә yox idi – nә qәlәm, nә kağız vardı. “Sәn nә
danışırsan?! – O, mәnә qorxu vә tәәssüflә baxır. – Pavlik, nә baş
verib? Axı mәn bilirәm ki, “Döyüşçü” nәşriyyatının buraxdığı

21
   16   17   18   19   20   21   22   23   24   25   26