Page 24 - Yuri Trifonov
P. 24
i Trifonov

hәmişә olacaq!” Nifrәt bu qadını kor edib. O, әzablara mәruz
qalıb. Başa düşürәm. Amma barışmaz insanla danışmaq da zülm-
dü. Mәnim isә tәcili getmәyim lazımdı, әsl vaxtdı, bu, sadәcә
vacibdi, amma harasa zәncirlәnmiş sәfeh bir köpәk kimi ixtiyarım
әlimdә deyil. Uşaq sevgisindәn aldadıcı vә uzunömürlü heç nә
ola bilmәz. Axı bu sevgidә nә vardı? Bir vaxtlar bu sevgini
ölümcül yaralamış bir qızdan onda nә qala bilәr axı? Volodyadan,
atası yaşda olan Miqulindәn sonra onun başına nәlәr gәlmişdi,
mәnim başıma nәlәr gәlmişdi... Sadovıda baş verәnlәr isә yaxşı
yadımdadı, o, әsl idbar idi. Onun mәni görmәzliyә, anasıyla etdi-
yim mübahisәni eşitmәzliyә vuraraq, özgәsinә olan ağlasığmaz
sevgisini, kimin haqqında düşündüyünü hiss edirdim. Onunla
danışmaq da çәtin idi, söz deyirdin – susur, yüngülcә gülümsünür,
hәrdәn etiraz edirmişcәsinә әlini anasına yellәyirdi, amma
fikirlәri uzaqdaydı, o, bәdbәxtliyi hiss etmişdi...

Biz isә Yelena Fyodorovna ilә artıq әmәlli-başlı didişirdik,
“cinayәtkarlar”, “qatillәr” vә sair bu kimi kәskin sözlәr işlәdirdik.
Yelena Fyodorovna acıqlı-acıqlı gülürdü. “O qәdәr şәr-böhtan
atdım ki, daha mәni hәbs edә bilәrsiz. Tribunala verә bilәrsiz.
Onun adı necәdi? Hә, siz ki komissarsız, Pavel? Sizin mәni
yerimdәcә hәbs etmәk ixtiyarınız var?” – “Mәn komissar deyilәm,
Yelena Vladimirovna.” – “Yox, siz komissarsız. Siz yüz faiz
komissarsız, sizin üzünüzdәn görürәm, gödәkçәnizdәn bilirәm.
Әyninizdәki komissar gödәkçәsidi.” – “Ana! – Asya qışqırır. –
O, komissar deyil!” Sonra qәfildәn Varyayla ilk dәfә gördüyüm
әri peyda olur. Onlar şәhәrdә atışma olduğunu deyirlәr. Könüllülәrin
hansısa hissәlәri şәhәrәtrafı yaşayış yerlәrinә hücum edib, әsl
döyüş gedir.

Doğrudan da, artıq iki saat idi ki, atışma sәslәri, topların gup-
pultusu eşidilirdi, amma heç kim buna fikir vermirdi. Bu musiqiyә
hamı öyrәncәliydi. Yelena Fyodorovna kәdәrsiz bir ümidsizliklә
әlini yellәyir. Mәnә vә Asyaya “Eh, onsuz da qalibiyyәt sizindir!
Dәf edәcәksiz.” – deyir.

Amma Varya hәyәcanla etiraz edir: “Yox, ay ana, nәsә,
mәsәlә ciddidi. Sadovıda barrikadalar qururlar. Kaş elә olsun,
İlahi.” O, yorğuncasına xaç çәkir vә öz uzun, boğazınacan

24
   19   20   21   22   23   24   25   26   27   28   29