Page 28 - Yuri Trifonov
P. 28
i Trifonov

üzә çıxırdı. Hәr dәfә dә o, ayrı cür gözә çarpırdı. İndi o, әsәbiydi,
saralmış, xәstәlәnmişdi, aramsız öskürürdü. “Sәn müalicә olun-
malısan – Miqulin mülayimliklә dedi. – Sәn dәhşәtli dәrәcәdә
çürümüsәn, bu üzündәn baxanda o üzün görünür. Sәnin cәbhәdә
nә işin var? ”

Amma Miqulin nadir hallarda mülayimlik edirdi, daha çox
gәrgin, şәkk elәyәn vә kobud olurdu. İlk anda Şiqontsevi qәrargahın
hәyәtindә çaparla birlikdә gördükdә onu tanıyaraq yüngülcә
karıxmışdı – çünki İnqilabi Hәrbi Şuradan komissarın tәyinatıyla
bağlı teleqram bu yaxınlarda gәlmişdi, amma Miqulin Şiqontsevin
soyadını on doqquzuncu ildә “Polad dәstә”nin vәhşiliklәri zamanı
möhkәm ağızlaşdığı adamla bağlamırdı, atın belindә torba kimi
yumrulanıb, yanpörtü oturan Miqulin, bundan başqa, Şiqontsevin
naqolay tәmtәrağından, qәtiyyәn kazaka oxşamayan görünüşündәn
qәzәblәnәrәk xırıltılı sәslә, istehzayla: “Köhnә tanışa salam vә
ehtiramlar!” dedi. Saqqalının qaralığından, pırpız qaşlarının
altından baxan kömür qarası gözlәrindәn Şiqontsevi qeyri-rus
sanmışdı. İlk gün başdan-başa Miqulinin әlindәn gәlәn üstüörtülü
rişxәndlәrlә, istehzalarla doluydu. Mәn Şiqontsevin yanında deyil,
qәrargahda özümünkülәrin yanında ağır vә nifrәt dolu söyüşlәr
eşidirәm. “Niyә belә edirlәr axı? Bilәrәkdәnmi? Mәni tәngә
gәtirmәk istәyirlәrmi?”

Mәsәlә ondadı ki, ortada on doqquzuncu ildәn qalma, bәlkә,
lap bir az da köhnә haqq-hesablar var. Әlbәttә, Miqulin tәhqir olu-
nub: haçansa güzәştә getmәyәn vә acıqlı bir düşmәn göndәrilib.
Mәn heç cür öyrәnә bilmәdim ki, bunu bilәrәkdәn ediblәr, yoxsa
bu kobud sәhv tәlәskәnlikdәnmi buraxılıb. Sonra Miqulinlә
İnqilabi Hәrbi Şura arasında kәskin teleqraf qalmaqalı qızışanda
geri çәkilmәk yaramadı. Vә onlar inad göstәrdilәr. “Komissarın
dәyişdirilmәsinә, İnqilabi Hәrbi Şura sәbәb görmür. Bu mәsәlә
bir daha müzakirәyә çıxarılmağa yaramır.” Bizim teleqrafçı Petya
Qaylit, tәxminәn bu sәpkidә, çox tәhqiredici bir mәtn almışdı. O
zamanlar sanki hava da elektriklә yüklәnmişdi.

Dan üzü kazaklardan birinin hәr yerә yayılan qışqırığını
xatırlayıram: “Komissarı vurdular!” Nә baş verdiyini dәrhal anla-
yıram vә ani olaraq düşünürәm: “Öldürülәn Miqulindir”. Küçәdә

28
   23   24   25   26   27   28   29   30   31   32   33