Page 27 - Yuri Trifonov
P. 27
Qoca

pәncәrәyә yaxınlaşır, biri soyuqqanlıqla, qundağın güclü zәrbәsiylә
çәrçivәni vurub küçәyә salır, aşağıda cingilti qopur, onlar altlığın
әtrafında mövqe tutaraq atәş açırlar. Amma atәş uzun sürmür.
Küçә tüstü içindәdi, başa düşmәk olmur ki, onlar orada nә görür-
lәr. Gödәkcәmin cibindә “Smit-Vesson” tapançam var, özümә
arxayınam. Әlim cibimdәdi. Bunu dәqiq vә qәti şәkildә bilirәm
ki, içimdә rahatlıq var. Amma nәyә görә? – bilmirәm. Bәlkә,
Asya buradadı, ona görә. Biz birlikdәyik: o vә mәn.

Zabit әvvәlcә mәnә ötәri bir nәzәr salır, sonra diqqәtlә
baxmağa başlayır. Onun üzü solğun vә tüklüydü, xәstә gözlәrinin
ağı saralmışdı. Baxışları iki saniyәnin içindә dәyişdi. Әynimdәki
“komissar gödәkcәsi” vә yәqin ki, üzümdәki laqeydlik, yәni heç
bir sevinc, heç bir hәyәcan hissinin olmaması onu ehtiyatlı
olmağa sövq edirdi. Yelena Fyodorovna vә Varya bir-birini
qucaqlayıb ağlayırdılar.

Zabit kәtildәn qalxmadan, bütün bәdәniylә, gözlәriylә vә
qılıncın qәbzәsini sıxan әliylә mәnә sarı yön tutaraq “Kiminlә
danışırıq?” – deyә soruşdu. Qәflәtәn bu Hәqiqi Azadlıq mücahidinin
gözlәrinin necә parladığını görürәm. Vikenti Vasilyeviç lәzzәtlә
gülümsünmәsini gizlәdә bilmir. Asyanın anası isә göz yaşları
içindә: “Bu, bizim dostumuz Pavlikdi...” – deyir.

İki gündәn sonra denikinçilәri vurub şәhәrdәn çıxardılar. Bu,
haçan olmuşdu? Fevralda. Havalar şaxtalıydı. Bir sәhәr Temernikdәn
keçib gedәrkәn axşamkı şaxtadan qırov bağlayıb ağarmış meyitlәri
gördüm. Bu, iyirminci ildә fevralın sonunda olmuşdu.

Şiqontsevi yanvarda öldürmüşdülәr. Onu korpus qәrargahı
yerlәşәn stanitsadan bir az aralı, doğranmış halda vә başında
güllә yeri qobudan tapmışdılar. Novoçerkasskdan sonra uğursuz-
luqlar başlamışdı, sol sahildә möhkәmlәnmәk üçün Manıçda
ayaq döyüb sәmәrәsiz cәhdlәr edirdilәr, vaxtı yelә vermişdilәr,
Miqulinә qarşı qәzәbli olanlar, yağı kәsilәnlәr bu aralıq mәqamda
tәrpәşmәyә başladılar vә birdәn Şiqontsevin ölümü gәldi ortaya.
O, lap yaxınlarda üzә çıxdı. Bu, Şiqontsevin üçüncü zühuruydu.
İlk dәfә on sәkkizin yanvarında Piterdә uzun sürәn mәşәqqәtlәrdәn
sonra, Sibirdәn, Avstraliyadan, Uzaq Şәrqdәn sonra görünmüşdü.
Sonra on doqquzuncu ildә Don sahilindә, indi isә üçüncü dәfәydi

27
   22   23   24   25   26   27   28   29   30   31   32