Page 16 - Yuri Trifonov
P. 16
i Trifonov

– Qulaq as, dinlә, sәnә faydası var. – Hüquqşünasa müraciәt
edәrәk – bilirsiz, nәyә işarә vururlar? Sәkkiz ildi Aqrafenadan ev
kirayәlәyiblәr, tәmir ediblәr... O birilәrsә hamıdan qabaq әrizә
verib...

– Sizin durumunuzun da müsbәt tәrәflәri var. Birincisi, siz
kooperativin әn köhnә sakinlәrisiz... İkincisi, burada ailә qol-
budaq atıb...

Bu zaman hamı danışmağa başladı. Hüquqşünas ciddiyyәtlә
alnını qırışdıraraq, ucadan vә inamla danışırdı. Sәsi elәydi, sanki
şeypur pilәyirdi. Pavel Yevqrafoviç görürdü ki, indi bu qoca
çağında gursәsli adamlardan qorxur, bu da, әlbәttә, ağılsızlıq idi.
Öncә istәdi hüquqşünas qızla söhbәtә girişib mәsәlәnin mahiyyәtini
anlatsın. Bildirsin ki, ev mәsәlәsiylә bağlı iş başlamağın nәyә
görә әleyhinәdir? Çünki Qalyanın hәm özü, hәm dә dostu Polina
Karlovna onların hamısını buraya sәkkiz il qabaq cәlb ediblәr.
Qalya sağ olsaydı, belә bir mübahisә ağla da sığmazdı. Amma
uşaqlar düşünür ki, anaları yoxdusa, demәli, olar. Elә Polinanın
da ona yetişmәsinә bir şey qalmayıb.

Ona görә dә qoy yerlәri cәnnәtlik olsun.
– Dedim, heç kimlә söhbәt etmәyәcәm! – Pavel Yevqrafoviç
qaşqabaqlı halda dillәndi, әlağacına söykәnib gövdәsini irәli
әyәrәk masanın arxasından qalxdı.
– Tanrı xatirinә, ata! Necә istәyirsәn... Keçinә bilәrik...
Ardınca da Nikolay Erastoviçin sәsi gәldi:
– Yeri gәlmişkәn, çar İvan Vasilyeviç barәsindә... Bax siz,
Ruslan Palıç, çarı qınağa tutursuz, amma özünüz neylәyirsiz?
Siz dә әrazinizi genişlәndirmәyә çalışırsız, amma bunu qәbahәt
saymırsız...
Sәs-küy, gülüş, qab-qacaq cingiltisindәn heç kim Pavel
Yevqrafoviçin gedişini hiss etmәdi, sәhәrdәn axşamacan çay
süfrәsi davam elәdi. Erastoviçin tın-tın danışığı, Veranın zәif vә
Ruslanın nәrildәyib-guruldayan sәsi arxada qaldı. Pavel Yevqrafoviç
hәmişә problem saydığı hündür artırmadan aşağı enincә, dәrhal
Asyanın mәktubu haqda düşünmәyә başladı. Onu yenidәn oxumağı
sanatoriyaya gedib-gәlәndәn sonraya saxladı. İşi görüb qurtarandan –
yәni nahardan sonraya. Az yol getmәk lazım gәlmәyәcәkdi,

16
   11   12   13   14   15   16   17   18   19   20   21