Page 11 - Yuri Trifonov
P. 11
Qoca
günorta saat on ikidә buraxmağa başlayırdılar. O isә tәlәsmәdәn
getmәyi, sahildә skamyada oturmağı vә növbәdә әziyyәt çәkmәmәk
üçün mәtbәxә birinci gәlmәyi sevirdi. Buradakı növbә şәhәrdәki
“Pәhriz”dә vә ya әrzaq mağazasında olan növbәlәr kimi deyil,
tamamilә ayrı cür idi. Hәr şeydәn ya razılıq edir, ya da gileylәnirdilәr.
Pavel Yevqrafoviç qurumaqdan ötrü pәncәrәnin gündöyәninә
sökülmüş halda yuyulub-düzülmüş, xörәk daşımaq üçün nәzәrdә
tutulan xüsusi qab dәstini götürdü, – hәr halda, Valentinaya afә-
rin düşür, dava-dalaş, küsüşmә öz yerindә, amma o, öz işini bilir –
onları çinlәyib-yığdı, süd bardağını da әlinә alıb tünlük olan ay-
nabәndә çıxdı.
Bazar günü olduğu üçün Ruska, Vera (öz Nikolay Erastoviçiylә
birgә), hәm dә bir gün әvvәl axşamüstü peyda olmuş bәstәboy,
sarafanlı tanışları bir yerә toplaşmışdılar, elә Qarik dә, onun
dostu Petka vә Viktor da buradaydı vә Valentina ora-bura –
aynabәnddәn mәtbәxә, mәtbәxdәn aynabәndә çapırdı. Kimsә
artıq sәhәr naharını etmişdi, kimsә çayını içib qurtarmaq üzrәydi,
Qariklә Petka isә qab-qacağı kәnara itәlәyib, masanın bir qırağında
şahmat oynayırdı. Pavel Yevqrafoviç vәrdiş etmişdi ki, heç kim
onu yemәk süfrәsindә gözlәmәsin, ümumiyyәtlә, heç kim heç
kәsi gözlәmirdi, hәr şey dağınıq halda davam edirdi. Valentina
özününkülәri – yәni Ruslanı vә Qariki yedizdirirdi. Veroçka elә
bil Nikolay Erastoviç gәlәndә sәrbәstcә – yәni onunla ikilikdә, o
gәlmәyәndә isә bir növ Lyuba xalayla nahar edirdi. Heç kim
çağırmasa da, tez-tez buraya gәlәn Myuda vә Viktor adәtәn
Veroçka ilә nahar edirdilәr vә hәmişә onun üçün şirniyyat gәtirir-
dilәr. Pavel Yevqrafoviç isә sanatoriyadan gәtirdiyi yemәklәri
bunlardan gah biri, gah da digәriylә yeyirdi, bәzәn dә tәk nahar
edirdi. Hәrdәn dә böyük masa arxasında hamılıqla oturardılar vә
qarma-qarışıqlıq düşәrdi. Әslindә qabaqlar Qalyanın sağlığında
elә belә dә oturardılar – hamılıqla, bir yerdә.
Qalya öldü – elә bil arabanın mili qırıldı, tәkәrlәr valaylamağa
başladı, sanki hәr an çıxıb tökülәcәkdi... Olsun! Bu arabanı
qaydasına salmaq üçün Pavel Yevqrafoviçin nә gücü vardı, nә dә
hәvәsi, onu heç indi dә yönә gәtirmәk mümkün deyil. Hәyatlarında
nәlәrinsә baş verdiyi, uşaqlarının, nәvәlәrinin sәslәri onun şüuruna
11