Page 10 - Yuri Trifonov
P. 10
i Trifonov

dülәr. Vera deyirdi: “Bizi bu ömürlük kasıbçılıq boğaza yığıb.
Niyә bu darısqallıqda, hamıdan pis vә yazıq gündә yaşamalı-
yıq?” Ruska barmaq silkәlәyib acıqlandı: “Nәzәrә al ki, bütün
günahlar sәnin vicdanına yazılacaq. Sәn yalnız öz canının rahat-
lığını görmәk istәyirsәn, nәvәlәrin barәdә isә heç fikirlәşmirsәn.
Amma biz yox, onlar yaşamalıdır!” Bu, qocalıq eqoizmi haqda
әdalәtsiz, iyrәnc bir söhbәt idi. Axmaq vә rәhmsiz. Yox, bağışlamaq
olmaz. Dünәn әlini yellәyib getdi, çünki danışmağın xeyri
yoxuydu. Yanlışlıq, yanlışlıq! Dünәn yox, srağagün idi. Dünәn
boş günüydü. Heç kimlә danışmırdı, baldızı pensiyasını almaq
üçün Moskvaya getmişdi, hәm dә özünü hәkimlәrә göstәrәsiydi,
bu üzdәn yuxarıda, dәhlizin üstündәki otaq hәlәlik boş idi vә o,
hәmin otaqda oturmuşdu, Maykop sakini Qrozdov P.F.-yә cavab
hazırlayırdı, çünki o, özünün uzun vә savadsız yazılmış mәktubunda
son dәrәcә böyük bir axmaqlıqla hökm edirdi ki, Kaşkinski
stansiyası 1920-ci ilin yanvarında alınıb. Әslindә hamı bilir ki,
bu, hәmin ilin fevralında, özü dә ayın 3-dә baş verib. Mәktubu
ona Veteranlar Şurasından göndәrmişdilәr. Cavab vermәk çәtin
idi, әziyyәt çәkirdi, sözlәri seçib-seçәlәyirdi, axmaqların әlindәn
başı-beyni narahat, ürәyi ağrılı olduğu üçün әn sadә sözlәri belә
tapmaqda aciz idi. Vera yuxarı qalxıb incimiş halda qapını döydü,
hәm dә ayrı tәrzdә: “Nә olub? Niyә cavab vermirsәn? Bilәrәkdәn
bizi cinlәndirirsәn? Gәl, çay iç”– dedi. Bilәrәkdәn onları cinlәtmәk –
bu da bir cәfәngiyyat. Guya onun eşidә bilmәyәcәyini anlamırlar.

Hәr şey ona görә belәdir ki, onların әmrini yerinә yetirmәyә –
Aqrafena Lukiniçnanın uğursuz evi barәdә idarә rәisiylә söhbәt
etmәyә razılıq vermәmişdi. Axı bunu bacarmazdı, edә bilmәzdi,
qәtiyyәn vә biryolluq әlindәn gәlmәzdi. Axı necә edә bilәrdi?
Polina Karlovnaya qarşımı? Qalyanın xatirәsinә qarşımı? Onlar
elә bilir ki, anaları sağ deyilsә, demәli, vicdanı da yerindә deyil.
Vә hәr şey sıfırdan başlanır. Amma yox, Qalyanın vicdanı yaşayır,
hәlә bu dünyadadı, hәlә ki, yoxa çıxmayıb. Әlbәttә, tezliklә qeyb
olacaq, onda nә istәsәniz edәrsiz.

Hirsindәn alışan Pavel Yevqrafoviç Asyanın mәktubu haqda
unudaraq, mәtbәxdәn qab götürüb sanatoriyaya getmәk mәqsәdilә
köhnә pillәkәnlә aşağı endi. Bir az erkәn idi. Nahar yemәklәrini

10
   5   6   7   8   9   10   11   12   13   14   15