Page 8 - Yuri Trifonov
P. 8
i Trifonov

bildiyin o mәlum faciә baş verdi. Әziz Pavel, hәyatımda iztirablar
çox olub, amma bu barәdә sәnә indi yazmayacam, çünki bilmirәm,
mәktubumu alacaqsan, ya yox, ümumiyyәtlә, sәn sağ-salamatsanmı
vә mәnimlә yazışmaq istәyirsәnmi? O dönәmlәrdәn salamat
qalan yoxdu, qardaşlarım hәlak olub, atam Rostovda yatalaqdan
öldü, ömrümün sonu da olsa, çox istәrdim, sәninlә görüşüm. Ba-
cım Varyayla onun әrinә qoşulan anam iyirmi birinci ildә Bolqa-
rıstana, sonra da Fransaya getdi. Onlar haqda heç nә bilmirәm.
Xoşbәxtәm ki, S.K. kimi gözәl bir insanın üzәrindәn heç vaxt
inana bilmәdiyim o rüsvayçı yarlıq götürülüb. Onun arvadı oldu-
ğumu, ondan oğul doğduğumu heç kim bilmәdiyi üçün mәnә heç
bir mәlumat vermәdilәr. Hәtta doğmalarım da bilmirdi. Bilmi-
rәm, niyә sәnә hәr şeyi bu qәdәr açıq yazıram? Sәnin qeydlәrin
ovqatımı pozdu. İllәr uzunu daşa dönüb qalmışdım. Başa düşә
bilmirәm, niyә mәhz sәn yazmalıydın. Doğrudanmı başqa heç
kim yoxdu? Mәn çoxdan İqumnova deyilәm, Miqulina da deyi-
lәm, әrimin – 1924-cü ildә ailә qurduğum Nesterenko Georgi
Fyodoroviçin soyadıyla Nesterenkoyam indi. Georgi Fyodoroviç
hәrbi mühәndis idi, onunla ölkә boyunca bitib-tükәnmәk bilmәyәn
sәfәrlәr edirdik, Uzaq Şәrqdә dә, Monqolustanda da olmuşduq.
O, Leninqrad blokadasında hәlak oldu. Mәnim oğlumu doğma
balası kimi sevirdi. Oğlum üç il әvvәl qan xәstәliyindәn öldü.
Özüm Moskvadan bir qәdәr aralı, şәhәr tipli Klyukvino qәsәbәsindә
yaşayıram, burada nәvәmin dә işlәdiyi böyük institut var. Elә
anası da orada işlәyir. Moskvadan buraya gәlmәk çәtin deyil:
qatarla Serpuxova qәdәr, sonra qırx dәqiqә avtobusla yol gedirsәn.
Sәni görmәyi çox arzulardım, әziz Pavel! O vaxt sәni görә bilmә-
mişdim. Şükür, bu, uzun sürmәdi. Rәbbimdәn sәnin sağ vә sala-
mat olmağını dilәyirәm. Bәzәn gecәlәr, xüsusilә qocalandan
sonra, yәni axır vaxtlar yuxuda Vasilyevsk adasındakı küçәmizi,
bәzәn böyüklәrdәn qaçıb çardağa oxşar yerindә gizlәndiyimiz
yonma çıxıntılı üçmәrtәbәli evimizi görürәm. Çoxlu çәtinliklәr
görsәm dә, hәyatdan şikayәt etmirәm. Pavel, ikicә sәtirlә dә olsa,
cavab ver. Sәni bağrıma basıram.

Köhnә dostun Asya. Anna Konstantinovna Nesterenko.
P.S. Mәnim yetmiş üç yaşım var, saçlarım tamam ağarıb,

8
   3   4   5   6   7   8   9   10   11   12   13