Page 7 - Yuri Trifonov
P. 7
Yuri Trifonov

Qoca
(roman)

İyulda bir mәktub gәldi: “Әziz Pavel! Bu mәktubu sәnә
bәxtәbәxt yazıram vә tәәssüf ki, beş il gec, hәm dә sırf tәsadüfәn
S.K. haqda qeydlәrini oxuduğum jurnalın redaksiyasına göndәrirәm.
Bu yaxınlarda Berdyanskda rәfiqәmgildәydim, orada uşaqlara
makulatura kimi vermәyә hazırlaşdığımız köhnә jurnallardan
birinin, 1968-ci il, 3-cü nömrәsindә sәnin qeydlәrinә vә S.K.-nın
kiçik portretinә rast gәldim. O an hansı hisslәr keçirdiyimi tәsәv-
vür edә bilmәzsәn, әziz Pavel. Axı mәn tamamilә heç nә bilmir-
dim, bilmirdim ki, sәn sağsan, S.K. isә indi az qala vәtәndaş
müharibәsinin qәhrәmanı sayılır. Ola bilәr, sәn mәni unutmusan,
amma mәn sәni gözәl xatırlayıram vә sәnә qarşı hәmişә içimdә
isti münasibәt bәslәmişәm, çünki bizi çox şey birlәşdirir.
MәnVasilyevsk adasında, On beşinci xәtt üzrә sәnin qonşun
Asya İqumnovayam, Pavlik, sәn isә Vladimirlә yaxın dost idin,
o, әmim oğluydu, bizim ailәdә yaşayırdı, onu krasnovçular on
doqquzuncu ilin qışında Mixaylinski stansiyasında doğramışdılar.
Mәn güc-bәlayla sağ qalmışdım. Yәqin, xatırlayırsan. Mәni Ser-
gey Kirilloviç xilas etmişdi. Sәn hansısa qohumunun komandan-
lıq etdiyi inqilab komitәsindә işlәyirdin – bilmirәm, ya mirzәydin,
ya buyruqçu, mәnsә qәrargahda, Sergey Kirilloviçin korpusunda
makinaçıydım. O zaman on sәkkiz yaşım vardı, sәnin dә yaşın o
qәdәr ya da bir qәdәr az olardı . Yadıma gәlir ki, biz üçümüz dә –
sәn, mәn vә Vladimir, Priqodinski mәktәbindә eyni sinfә gedirdik.
Böyük qardaşım vardı – Aleksey, o tәlәbәydi, kornilovçular
tәrәfdә döyüşürdü, mәnsә zülm çәkirdim, neylәyәcәyimi bilmir-
dim. Vladimir mәnim birinci әrim idi. Aleksey öldürülәndәn
sonra anam mәni dә, onu da lәnәtlәyirdi. Sonra mәn Sergey Ki-
rilloviç Miqulinin arvadı oldum, onu çox sevirdim, o, mәnә hә-
yatımı qaytarmışdı, amma bu, bir neçә ay davam etdi vә mayda

7
   2   3   4   5   6   7   8   9   10   11   12