Page 5 - Yuri Trifonov
P. 5
ZAMANIN DİLİ İLӘ DANIŞAN YAZIÇI

Yuri Trifonov (1925-1981) XX әsr rus әdәbiyyatının görkәmli
nümayәndәlәrindәndir. Müxtәlif illәrdә qәlәmә aldığı “Tәlәbәlәr”,
“Çay kәnarında ev”, “Tonqal şölәsi”, “Sәbirsizlik”, “Başqa hә-
yat”, “Qoca” romanları onun yaradıcılığına geniş oxucu marağı
qazandırıb.

Әsәrlәri bir sıra xarici dillәrә tәrcümә edilib. 1980-ci ilin
sonlarında alman yazıçısı Henrix Böll Yuri Trifonova Nobel
mükafatı verilmәsini komitәyә tәklif edib. 1981-ci ildә bu mötәbәr
mükafatı almağa çox yaxın olan yazıçı hәmin il vәfat edib.

Oxuculara tәqdim olunan bu kitabda yazıçının “Qoca”
romanı ilә yanaşı, “Göbәlәkli payız”, “Göyәrçinin ölümü”,
“Vera vә Zoyka”, “Toranlıqda oyun” hekayәlәri yer alıb. Әsasәn
avtobioqrafik nәsrә üstünlük verәn, 1960-70-ci illәrdә “şәhәr
әdәbiyyatı” deyilәn tәmayülün banilәrindәn olan Yuri Trifonovun
әsәrlәrini yaşadığı dövrün mәnәvi xәritәsi dә adlandırmaq olar.
Ona hәm dә “zamanın dili ilә danışan yazıçı” deyirlәr. Cәmiyyәtdә
baş verәn hadisәlәr, xüsusәn ziyalı tәbәqәnin baxışlarında yaranan
dәyişikliklәr, insanların yaşam tәrzindә özünü göstәrәn sosial-
siyasi mahiyyәtli yeniliklәr hәmin “xәritәnin” cizgilәrini tәşkil
edir.

Yazıçı “Qoca” romanında sosialist inqilabının doğurduğu
ziddiyyәtli hәyatın insanları necә mәnәvi-psixioloji sınaqlara
çәkdiyini, onları hansı mәqamlarla üz-üzә qoyduğunu vә buradan
doğan yaşantıların müxtәlif talelәrdә nә cür tәzahür etdiyini
ustalıqla qәlәmә alıb. Sosial-siyasi gәrginliyin müxtәlif zümrәlәrdәn
olan insanların hәyatında hansı tәlatümlәrә yol açdığı, әsәrin
aparıcı obrazı Pavel Yevqrafoviçin simasında qabarıq hiss
olunur. Qәfil, adına gәlmiş bir mәktubun doğurduğu ovqat onu
son nәfәsinә qәdәr izlәyir. Әsәrdә önә çıxan sevgi vә nifrәt, hәyat
vә ölüm, bitib-tükәnmәk bilmәyәn ümidlәr vә mәhrumiyyәtlәr
mәhz dövrün, zamanın vә ictimai-siyasi quruluşun fonunda öz
yüksәk bәdii hәllini tapıb. Burada yaşlı nәslin yaşadığı hadisәlәrә
işıq salan yazıçı sanki yeni nәslә dә seçim etmәk üçün qapı açır,

5
   1   2   3   4   5   6   7   8   9   10