Page 12 - Yuri Trifonov
P. 12
i Trifonov

sanki qalın su tәbәqәsindәn keçib gәlirdi deyә, eşidilmirdi, heç
Pavel Yevqrafoviçin özü dә onlara qulaq kәsilmirdi. Çox şeyi o,
yerli-dibli bilmirdi, bәzilәri barәdәsә ehtimal edirdi: mәsәlәn,
ona elә gәlirdi ki, Ruslanın hәyatında yenә qadın peyda olub,
Valentina iztirab çәkir vә bәlkә, ayrıldılar, Veroçka hansısa
xәstәliyә tutulub, lazımdı ki, işini buraxıb müalicә olunsun.
Amma Veroçkanın hansı xәstәliyә düçar olduğunu Pavel
Yevqrafoviç bilmirdi, öyrәnmәyә qorxurdu vә bilsә, nә edәcәyini
dә anlamırdı, çünki bu işlәrlә vaxtilә Qalya mәşğul olmuşdu.
Budur, indi aynabәndә toplaşıblar, iyәşir, mübahisә edir, sәs-küy
salırlar, görәsәn, nә barәdә? Yәqin, televizorda baxdıqları hansısa
boş bir şey üstә didişirlәr. O aktyor yaxşıdı, bu artist pisdi –
budur mübahisә. Belәcә, yarım gün dildә üyüdüb-tökәrlәr, bazar
gününü verәrlәr yelә. Yox, qulaq verib ayırd etdi: mübahisә nәsә
başqa şey barәdәydi. İvan Qroznıyla bağlıydı, deyәsәn. Tarixi
mövzudaydı. Әslindә onlara fәrqi yoxuydu, tәki nәrildәyib-
guruldamağa, mübahisә etmәk vә öz “mәn”lәrini göstәrmәyә
meydan olsun.

Әlbәttә, xüsusilә qәzәbli vә höcәtlәşmәyi sevәn Ruslan,
hәmişә gah bacısıyla, gah da möminliyiylә hiylәgәrliyini ayırd
etmәk mümkünsüz olan mızı Nikolay Erastoviçlә mübahisәyә
girişirdi. Pavel Yevqrafoviçin Erastoviçdәn çox da xoşu gәlmirdi,
hәtta ona görә yox ki, Veroçka onunla xoşbәxt deyildi, görünür,
heç olmayacaqdı da, çünki bu adam başdan sәy, anlaşılmaz
olduğu üçün, yeddi ildi iş uzanırdı, amma durduğu nöqtәdәn
tәrpәnmirdi. Guya tәhsilliydi, Veroçkayla institutda bir yerdәydi,
amma bu adam Bibliya, ikona, kilsә bayramları vә buna bәnzәr
әngәlli işlәr barәdә qoca kahin kimi fikir yürüdürdü.

– Ata, yemәk istәyirsәn? Hәlә sәhәr naharını elәmәmisәn? –
Vera soruşdu, acıqlı, amma tamamilә boş, dağınıq baxışlarını
atasına zillәdi.

Pavel Yevqrafoviç cavab vermәdәn, ancaq әliylә: “Sakit dur,
söhbәtә mane olma!” işarәsi verәrәk, masanın arxasında oturdu,
bir fincan çayı qarşısına çәkdi. Doğrudan da, çay içmәk istәyirdi.
Bu zaman masa arxasında әsl müharibә gedirdi: Nikolay Erastoviç
mızıldaya-mızıldaya öz bildiyini üyüdüb-tökürdü, әlbәttә, Vera

12
   7   8   9   10   11   12   13   14   15   16   17