Page 15 - Yuri Trifonov
P. 15
Qoca

lәşmәk, olanları müfәssәl vә yaxşıca xatırlamaq üçün sakitcә
çıxıb getmәk istәdi vә hәrәkәtә gәldi, gövdәsini irәli әyәrәk kә-
tildәn qalxmağa çalışdı, amma Vera onu saxladı:

– Ata, mәn sәni rәfiqәmlә – İnna Aleksandrovnayla tanış
etmәyi unutmuşam. O, hüquqşünasdı, hüquq mәslәhәtxanasında
işlәyir. Yeri gәlmişkәn, bәzi xeyirli mәslәhәtlәr verә bilәr...
növbәsiz vә pulsuz...

– Yox, qonorar әvәzinә, sizin misilsiz havanızı çәkәcәm
ciyәrlәrimә! – deyә sarafanlı bәstәboy xanım gülümsünüb dәrindәn
köksünü ötürdü vә gözlәrini yumaraq qeyri-adi bir hәzz aldığını
ifadә etdi. – Burada tamamilә ilahi bir hava var!

Pavel Yevqrafoviç heç bir ikibaşlı fikrә düşmәdәn, sadәcә
elә-belә, sevgidәn danışmağın gülmәli olduğunu düşündü: hava
öz yerindә, amma tortun üçüncü dilimini kәsir. Hә, әlbәttә. Hava
yerinә düşüb lap. Çox xoşdu. Hüquq elmi irәliyә addım atır, o
isә, bununla belә, onun özәyindә dayanıb, әlli il öncә mәhkәmә
prosesindә iştirak edib. Miqulin, üzәrindә son dәrәcә dramatik
vә gurultulu, gәnclәr üçün isә ibrәtamiz bir proseslә bağlı söhbәt
açmaq istәyirdi, amma elә: “On doqquzuncu ilin payızında, Ma-
montov cәnubda bizim cәbhәni yaranda...” kimi ilk cümlәdәn
hiss etdi ki, heç kimdә buna xüsusi maraq deyilәn şey yoxdu;
Valentina getdi, Vera vә Valentin Erastoviç nә barәdәsә pıçıldaşmağa
başladılar, geri dönәn Ruslan isә onu mәnasız baxışlarla süzәrәk
gözlәnilmәdәn susdu. Bu söhbәt heç nәyә yaramırdı. Boşuna
qırıldatmaq idi. Miqulin haqda rәvayәtsiz dә keçinәrlәr. Bununla
belә, o, çox qәribә bir simaydı! And olsun Tanrıya, bunlar gicdi,
onun haqqında heç nә öyrәnmәk istәmirlәr. Pavel Yevqrafoviç
yenә mәktub haqda, Asya barәdә fikirlәşdi, xәyalında canlandırdı
ki, Qalya onu hansı coşquyla dinlәyәrdi, hәtta üzünә hansı ifadәni
verәcәyini dә tәsәvvürünә gәtirdi.

Sarafanlı bәstәboy qız Aqrafena Lukiniçnanın evi barәdә
Veraya nәyisә izah edirdi. Tәngә gәlmәyәsәn, neylәyәsәn? Din-
lәdikcә ürәk sıxılır. Pavel Yevqrafoviç tәzәdәn durub getmәk ha-
vasına köklәndi, amma Ruslan onu dayandırdı vә hәtta әliylә
çiynindәn basıb oturmağa mәcbur elәdi.

15
   10   11   12   13   14   15   16   17   18   19   20