Page 13 - Yuri Trifonov
P. 13
Qoca

da böyük coşquyla ona züy tuturdu – bütün söhbәt dә İvan
Qroznı barәdәydi, bu ad hamısını necә dә cuşa gәtirmişdi! –
Ruslan isә barmağını tuşlayıb, onları nәyә görәsә dәhşәtli dәrәcәdә
qınayırdı, elә bil mitinqdә danışırdı, köhnә әyyamları xatırladaraq
bar-bar bağırırdı. Yeri gәlmişkәn, o, hәmişә höcәtlәşәndә qışqırırdı.
Keçmişlәrdә deyildiyi kimi, boğazını yırtırdı. Pavel Yevqrafoviç
onunla mübahisәyә çoxdan tövbәliydi. Tanrı xatirinә, qoy işindә
olsun. Qan tәzyiqini qaldırmağa hacәt yoxdu.

– Çox dözülmәz, amansız bir dövr idi, Avropaya baxın, dün-
yaya baxın... Fransadakı dini müharibәlәri unutmusuz? Huge-
notların1 qırğınını necә? Bәs ispanların Amerikada törәtdiklәrini?

– Mövhumatçıya bәraәt qazandırırsız! Sadistә! İblisә! Seksual
manyaka! – deyә masanın arxasından yekә әllәrini Nikolay Eras-
toviçin üzünә yaxınlaşdıraraq yellәyәn Ruslan bağırdı; sәhәrin
obaşdanından içkili olduğu görünürdü. – Dövr varıydı, dövr
varıydı! Hansı lәnәtә gәlmiş dövrdәn danışırsız? İntibah, Mike-
lancelo, Lüter...

– Qardaşlar, biz mövzudan yayınırıq. Biz Dostoyevski barәdә
danışırdıq... – deyә sarafanlı bәstәboy qız cır sәslә bildirdi.

– Yalnız yamanlığı – qәtllәri, vәhşiliklәri yadda saxlamaq
olmaz axı... Sizin Belinski onu qeyri-adi insan adlandırmışdı...

– Belinski sizindi! Onu özünüzә götürün!
– Bәs sәrhәdlәrin genişlәndirilmәsi? Kazan, Hәştәrxan?
– Mәnә havayı da gәrәk deyil! Nәyimә gәrәkmiş sәrhәdlәrin
genişlәndirilmәsi? Qan bahasına, bәdbәxtliklәr bahasına olan bir
iş?
– Varfolomey gecәsi vә Novqorod tәxminәn eyni vaxtda baş
verib, amma Karlı heç kim cani adlandırmır, rus çarı isә – bu,
artıq, әlbәttә ki, bәdheybәtdir.
– Qardaşlar, biz çar İvana “külli-ixtiyar sahibi” kimi yanaşırıq.
Amma “külli-ixtiyar sahibi” Tanrı olmayan yerdә olur...
– Çar İvan Rusiya üçün qәdәrsiz çox iş görüb! – deyә hay-
küyün arasından Nikolay Erastoviçin ciyiltili sәsi eşidildi. Onun
daşlaşmış üzünә sanki qan yığılmışdı, sifәti tutqunlaşmışdı.

1XVI əsrdə fransız protestantları (tərc.)

13
   8   9   10   11   12   13   14   15   16   17   18