Page 14 - Yuri Trifonov
P. 14
i Trifonov

Görәsәn, çardan ötrü niyә belә hәyәcanlanmışdılar? Budur,
Ruslan da özündәn çıxıb, qıpqırmızı pörtüb, әl-qol atır, sanki
lәnәt oxumağa hazırlaşır.

– Susun! Sizә tarixdәn heç nә başa salmaq olmur, yoldaş
elmlәr namizәdi! Çar İvan Rusiyanı ikiyә parçalamışdı vә hamının
әxlaqını korlamışdı: birini cәllada çevirmişdi, o birini qurbana...
Eh, nә deyәsәn ki! Dövlәt ona Girey hücum edәndә lazım idi...
lazım idi ki... – Ruslan bu mәqamda sustaldı, kәtilә çökdü vә
zәif, boğuq sәslә fikrini sona çatdırdı: – Әclaf opriçniklәr
döyüşmәk nәdi, bilmirdilәr axı... Hardan bilәydilәr? Adını da çar
qoymuşdu, qaçıb aradan çıxmışdı... Bizi hәqarәt hәdәfinә çevirmişdi
o, Moskvaya od vurmuşdu әclaflar... – Yanaqlarını, saqqalını
ovcuyla silә-silә yenә bir para anlaşılmaz şeylәr donquldandı.
Әlbәttә ki, göz yaşlarını saxlaya bilmәdi. İçәndә yaman ağlağan
olurdu.

Pavel Yevqrafoviç oğluna sıxıntı içindә vә gizli bir vәsvәsәylә
baxdı. Bircә şey yaxşıydı: Qalya bunu görmürdü. Beş il öncә,
hәlә Qalyayla birlikdә olanda, o, belә oyunlar çıxarmırdı. Bu
vaxt Ruslan qәfil sıçrayaraq cәld otağa girdi, elә bil onu tәcili ça-
ğıran oldu. Evin içindә nәsә guppuldayıb çiliklәndi. Vera diksindi
ki, o, qapını çırpıb qırdı. Şahmat oynayan Qarik dedi: “gör ata-
mız neylәyir?!” Valentina isә elә bil heç nә eşitmәmişdi, sakitcә
qab-qacağı yığışdırmaqda davam edirdi. Pavel Yevqrafoviç isә
onun barәsindә incik bir halda vә kәdәrlә düşündü, bu, onun yox,
Qalyanın kәdәriydi, o, qәfil hiss etdi ki... yox, fikirlәşdi ki, qoru-
mur, sevmir, demәli, yaramır. Qalya üçün başlıcası hifz etmәk
idi. Kefli olsun, şikәst olsun, necә dәrbәdәr, divanә olursa-olsun,
özündәn aralı buraxmazdı. Donuz kimi eşәlәnmәyinә dә yol
verirdi, özü buna imkan belә yaradırdı, bilirdi ki, iradәsindәn
mәhrum olmuş insan heç yana getmәz. Bunu o – çoxbilmiş qadın
anlayırdı. Neylәmәk olar ki? Qalya bacara bilәrdi, o isә bacarmır.
Heç vaxt da bacarmayıb. Artıq eniş başlayıb. Elә uşaqların da
hәyatı tәnәzzüldәdi. Son illәr onun fikirlәrini kölgәlәyәn bu öy-
rәncәli olduğu kәdәrli hissdәn sonra gözlәnilmәdәn nәsә anlaşılmaz
bir şәkildә içini isindirmәyә başlamışdı. Bunun Asyadan gәlәn
mәktub olduğunu hәlә fәhm edә bilmirdi amma. Tәklikdә fikir-

14
   9   10   11   12   13   14   15   16   17   18   19