Page 17 - Yuri Trifonov
P. 17
Qoca

asfalt yolla, qәsәbәnin içiylә bir kilometr yarım keçmәliydi; çay-
qırağı da getmәk olardı, o yol uzaqdı, amma kәnarında skamya-
lar var, kiçicik fasilә verib dincәlmәk dә mümkündü. Ötәn gün-
lәrdә olduğu kimi son dәrәcә istiydi. Adәtәn Pavel Yevqrafoviçi
sәyahәtdә müşayiәt edәn Arapka adlı qara köpәk bu gün onunla
getmәkdәn imtina elәdi, tanış hәnirtini eşitsә dә, istidәn üzgün
halda artırmanın kölgәsindә uzanaraq yerindәn tәrpәnmәdi.

– Getmirsәn? – Pavel Yevqrafoviç soruşdu. Köpәk güclә
quyruğunu tәrpәtdi, hәtta pәncәlәri üstә qoyduğu başını qaldırmadı.
Minlәrlә cavan musiqiyә qulaq asa-asa, şarlarla, çimәrlik paltarında
trolleybus dairәsindәn çimәrliyә doğru axışırdı. Pavel Yevqrafoviçin
heç kim vә heç nә eyninә deyildi, o, mәktub haqda fikirlәşirdi vә
birdәn-birә axıra qәdәr çözmәdiyi, sona kimi oxumadığı nәsә
içini xoşagәlmәz bir halda qıcıqlandırmağa başladı. Nәsә cәfәng
bir şeydi. “Başa düşә bilmirәm, niyә mәhz sәn yazmalıydın”
ifadәsi miskin vә mәnasızdı. Niyә başa düşmür axı? Başa
düşmәmәk sәfehlikdi. Keç günahımdan, İlahi, hәm dә axı mәktub
bir az elә bil qarıhәngiydi, sәfehvariydi.

...Yaşanmış günlәrim daha çox yaddaşıma köçür. Hәyat
qәribә, hәm dә ikilidir: biri gerçәkçi, o biri xәyalın, yaddaşın
mәhsulu vә hәr ikisi yanaşıdı – xarab olmuş televizordakı ikili
görüntü kimi. Bax, indi düşünürәm: yaddaş nә demәkdir? Xoşbәxt-
likdi, yoxsa әzab? O, bizә niyә verilib? Qalyanın ölümündәn
sonra, elә bilirdim, yaddaş iztirabından amansız vә әzablı bir şey
yoxdu, buna görә mәn dә ölmәk, ya da başqa bir canlıya çevril-
mәk istәyirdim; istәyirdim ki, tәki xatırlamayım, uşaqların hәyatına
mane olmayım, mәni yada salanda heç vaxt sarsılmasınlar, o
üzdәn başqa şәhәrә – özüm kimi qocalmış yoldaşlarımdan hansı
birininsә yanına çıxıb getmәk keçirdi ürәyimdәn, amma onlardan
sağ qalanı yoxuydu; üz tutmalı nә bir yer vardı, nә dә bir kimsә;
belә olduqda, xatirәlәrin heç vaxt sönmәyәcәyini, bizi qarsan
özünümühakimә vә ya, daha doğrusu, özünәişgәncә olduğu qәra-
rına gәldim, bir müddәt ötәndәn, bәlkә dә, üç, ya dörd il keçәndәn
sonra isә xatirәlәrin iztirabında bir tәsәllinin olduğunu duydum,
Qalya mәnimlәydi, onun unudulmaması ağrı-acı gәtirirdi, amma
mәn bu ağrı-acıya sevinirdim. O zaman, insanın әlindәn alınmış

17
   12   13   14   15   16   17   18   19   20   21   22